Ölkə futbolu
“Futbol adına heç bir şey göstərmədik”
“Sabah”a uduzduğumuz oyunda futbola adına heç bir şey göstərmədik”. Bunu futbolinfo.az-a açıqlamasında “Səbail”in hücumçusu Nikolas Raysel deyib.
Forvard Azərbaycan çempionatının 26-cı turunda “Sabah”a 0:2 hesabı ilə uduzduqları matçdan danışıb: “Həmin oyunda xətlər arası əlaqə tamamilə itmişdi. Heç bir təmas yox idi. Xeyli səhvdən başqa heç nə etmədik. “Sabah” da bundan istifadə etdi, çox yaxşı oynadılar və qalib gəldilər. Özümüzü növbəti oyunlarda daha yaxşı göstərməyə çalışacağıq”.
Raysel gələcək karyerası ilə bağlı hələ ki, düşünmədiyini bildirib: “İndiki vaxtda gələcəyimlə bağlı heç nə bilmirəm. Heç “Səbail”lə də danışmamışıq. Sadəcə qarşıdakı 2 matçın başa çatmasını gözləyirəm”.