Bizi izləyin

Ölkə futbolu

Futbol oynamaq, yoxsa futbolla oynamaq istəyirsiz?

blank
blank

Futbolda növbəti islahat dövrü başlayıb. Lakin elə proseslər gedir ki, ola bilsin, sabah Elxan Məmmədovun ölənlərinə rəhmət oxuyaq. Düzdü, AFFA-nın sabiq icraçı vitse-prezidenti o qədər bərbad işləyib ki, onu əvəz edən ən bacarıqsız idarəçilər belə daha yaxşı işlər görəcək. Bununla belə, söhbət futbolun həqiqi inkişafından, doğru strategiyanın seçilməsindən gedirsə, diqqətli olmaqda fayda var.

Nə yazıq ki, pərdə arxasında xoş olmayan mübarizə gedir, futbolu düşünən yoxdu. Hazırda yeni dəstələr üzə çıxıb, bir-biriylə zidd düşüb, Elxan Məmmədovun yaratdığı xarabalıqda gülüstan yaratmaq vədi ilə daha çoxuna nail olmaq həvəsindədi. İşlər onların öhdəsinə buraxılsa, canımızı çətinliklə qurtardığımız bir dəstəni onlardan fərqlənməyən digərləri əvəz edəcək. Halbuki mütərəqqi qüvvələrin birliyi sayəsində doğru addımlar atıb qısa zamanda düzgün inkişaf yolunu seçə bilərik.

Hər şey düzgün idarəçilərin seçilməsindən başlayır. Təmiz niyyətli, sağlam düşüncəli kadrlar iş başına gəlsə, onlar doğru inkişaf yolunu müəyyənləşdirə bilər.

Bu kimi məsələlərdə ad çəkib kimlərinsə təbliğatı ilə məşğul olmağı heç zaman istəməmişəm. Tərəf tutmaq prinsiplərimə ziddi, bununla belə, müəyyən namizədləri yazmaq olar. Və bunu yalnız ümumi işi düşünənlərə kömək olsun deyə edirəm, qərar vermək gələcəkdə hesabat verməli olacaq adamların işidi.

AFFA prezidenti, vitse-prezidentlər, baş katib – bu vəzifələr heç vaxt ictimai fikirə görə sahibini tapmır. Seçkini boş verin, təyinatlar edilir, kimlərəsə tapşırılır. İndiki durumda şəxsi əlaqələr, nüfuz dairəsi həlledicidi. Təyinatlar bəlli olduqdan, rəsmən təsdiqlənəndən sonra davamı düşünülməlidi.

Məni daha çox əsas işi görəcək insanların kimliyi maraqlandırır. Doğru işlərr görmək üçün ən üst rəhbərliyin seçimləri sabah üçün önəmlidi. Mütəxəssislərə, bacarıqlı kadrlara meydan verilməli, onların koordinasiyalı işi təşkil edilməlidi. Gələcək AFFA rəhbərliyinin əsas xidməti məhz bu olacaq. Davamında proseslərə nəzarət etmək də öz yerində. Şəxsi maraqlar ön plana çıxacaqsa, növbəti fiasko qaçılmazdı.

Namizədlərə gəlincə, məsələn, milli komandaları tapşırmaq üçün xeyli məşqçimiz var. Əsas yığmanın yükü ağırdı, Qurban Qurbanovdan başqa namizədin adını çəkmək olmur. Digər millilərdə Rəşad Sadıqov, Ayxan Abbasov, Aftandil Hacıyev, Samir Abasov, Samir Əliyev, Mahmud Qurbanov, Ramin Quliyev kimi 10-a yaxın məşqçi çalışa bilər. 50-dən çox PRO kateqoriyalı məşqçimiz var, onları saf-çürük etmək, ən yaxşılara şans vermək lazımdı.

Ən xoşlanmadığım məqam orta nəslin birdəfəlik kənara atılmasıdı. Əsgər Abdullayev, Yunis Hüseynov, Arif Əsədov, Tərlan Əhmədov, Şahin Diniyev və başqa məşqçilərə də ciddi şanslar verilməlidi. Bəzilərinin zamanla səhvi olub, amma bu, onların üstündən birdəfəlik xətt çəkilməsinə səbəb olmamalıdı, həmin adamların çalışdığı çərait, zamanın tələbləri nəzərə alınmalıdı. “Yalnız gənclər işləməlidi” deyə bir ehkam yoxdu.

Təbii ki, milli komandalarla kifayətlənmək olmaz, klubların sayı artdıqca məşqçilərə tələbat daha da çoxalacaq. Klublar hər nə qədər müstəqil olsa da, dövlət xətti ilə maliyyə ayrılacağından müəyyən təsir imkanları olacaq. Və bu təsir imanlarından işlərin doğru qurulması üçün istifadə edilməlidi.

Eyni zamanda, veteranlar yalnız milli komanda və klublarda məşqçi vəzifəsi üçün düşünülməməlidi, onların təcrübəsindən uşaq futbolunun dirçəldilməsində faydalanmaq lazımdı, koordinator, məsləhətçi və s. vəzifələr də var. AFFA-nın gələcək rəhbərliyinin daha bir ümdə vəzifəsi yüksək səviyyəli kadrların hazırlanması üçün şərait yaratmaqdı – xaricə ezamiyyətlər, seminarlar, kurslar və s.

AFFA-da bir çox komitə və departamentlərdə ciddi islahatlar aparılmalıdı, marketoloqlar əsl futbol mütəxəssisləri ilə əvəzlənməlidi. Vüsal Əliyev, Ömər Paşayev və başqaları Hakimlər Komitəsinin işini yoluna qoymaq üçün əlbir olmalı, Frits Stuxlikin mavi dalğasını təmizləməlidi. Uşaq futboluna illərini vermiş Yaşar Seyidov, Nail Kərimov və başqaları by sahəyə cəlb olunmalıdı. Region futbol federasiyalarında seçimlər düzgün aparılmalı, sahə federasiyaları səyyahlara, biznesmenlərə yox, mütəxəssislərə tapşırılmalıdı. Boris Xetaqurov kimi futbol fədaisi qala-qala milli komandalarımızın tibb personalının Ukraynadan gətirilməsi həm peşəkarlığa, həm tarixə hörmətsizlikdi.

Nazim Süleymanov, Vəli Qasımov, İqor Ponomaryov kimi karyerası nümunə olan veteranlar İcraiyyə Komitəsində əyləşməlidi. Bu qurumda oyuncaq klubların deyil, ölkəni beynəlxaq arenada şərəflə təmsil edən “Qarabağ”, “Qəbələ” kimi klubların nümayəndələri təmsil olunmalıdı.

Bölgələrdə futbolun inkişafı üçün də əməli addımlar atılmalıdı. “Turan Tovuz”da söz sahibi dünənədək Elxan Məmmədova çəpik çalan Oqtay Abdullayev yox, illərini bu idman növünə verən, AFFA İcraiyyə Komitəsində təmsil olunmuş Yaşar Sultanov, gənc nəsildən Nadir Nəbiyev olmalıdı. Ümumiyyətlə, Tovuza xüsusi diqqət göstərilməli, yerli istedadları üzə çıxara biləcək, rayon mühitinin ab-havasını tənzimləyəcək insanlar iş başında olmalıdı.

Gəncədə topu ilk dəfə dünənlərdə görən qalstuklu biri söz sahibi olmamalıdı. “Kəpəz”ə ənənələrinə layiq bir rəhbər lazımdı. Yerli veteranları da razı sala biləcək kimlərisə tapmaq olar, amma mən Rəşad Qasımovu təklif edərdim. Rəşad bəyin indi harada çalışmasından xəbərsizəm, amma Gəncə futbolunun fəxri Müzəffər Qasımovun oğlu idarəçilik bacarığını özü sübut etmiş biridi. “İnter”in ən pis günlərində klubun maliyyə problemlərini şəxsi bacarığı sayəsində həll edən, komandanı kiçik büdcə ilə avrokuboklara çıxaran Qasımov, klubu məğlubiyyətsiz tərk edən prezident kimi tarixə düşmüşdü. Elxan Məmmədovun dəstəsinə qulluq etmədiyi, təmiz işlədiyi, bacarığını isbatladığı üçün (!!!) ona ehtiyac duymamışdılar. Rəşad bəyin Gəncədə hamını bir yumruq kimi birləşdirəcəyinə kimsənin şübhəsi olmasın.

Şamaxı futbola rəzil günündə olan komandayla yox, yeni himayəçilərinə yaraşan əzəmətlə qayıtmalıdı. Və bu bölgədə işi Zaur Axundov kimi səriştəsiz birinin qura bilməyəcəyi qısa zamanda göründü. O zaman nəyə görə bu şəhərin ən görkəmli nümayəndələrindən olan Tahir Süleymanov kənarda qalsın? Azərbaycan klublarına avrokuboklarda qrupun yolunu tanıdan, işlədiyi “Qarabağ”da, “Turan”da ən yaxşı işlər görən, “Neftçi”dəki fəaliyyəti illərdi xatırlanan Tahir bəy daha mühüm postlara layiqdi. Lakin Elxan Məmmədovun idarəetmə üsulları ilə razılaşmadığı üçün yaddan çıxarılan Süleymanova dönüş üçün ən azı bu şansı vermək lazımdı.

Sumqayıta dəxli olmayan alverçi Riad Rəfiyev nəinki klubdan, ümumiyyətlə, futboldan uzaq tutulmalıdı. Klubu biznes obyektinə çevirən bu şəxsin büdcəni necə dağıtdığı ilə bağlı mətbuatda xəbərlər sıralanır, ciddi araşdırmalar aparılır. Prosesi yekunlaşdırmaq, onu Sumqayıtın fədakar futbol adamları ilə əvəzləmək lazımdı.

Mingəçevir, İmişli, Quba, Bərdə, Lənkəran, Masallı və s. bölgələrimizdə də mühüm işlər görülməlidi. Doğru insanlar tapılmalı, tapşırıqlar, səlahiyyətlər verilməli, şərait yaradılmalıdı.

Bölgələr üzrə yerli kadrları namizəd göstərməyimiz təsadüfi deyil. Hər rayonun spesifik xüsusiyyətləri var, həm narazılıqların qarşısını almaq, həm də bünövrəni sağlam qurmaq üçün mətbəxə bələd olanların seçilməsi ən doğru olandı.

Bütün bunlar ilkin qeydlərdi. Ölkədə uşaq-gənclər futbolunun inkişafı, AGİN, AFFA və klubların əlaqəli işinin təşkili üçün sistem qurulmalı, ideoloji iş aparılmalıdı. Mətbuat, ictimaiyyətlə əlaqələr unudulmamalı, azarkeşlərlə bağlı addımlar atılmalı, gələcəkdə futbolun biznes sahəsinə çevrilməsinin, teleyayımdan, bilet satışından gəlir götürülməsinin planları cızılmalıdı. Və bütün bunları etmək üçün öncə meydana enmək, idman nəticələrini yaxşılaşdırmaq, inkişafı təmin edəcək bünövrə qoymaq vacibdi. Sadaladıqlarımız kabinet bəylərinin bacaracağı işlər deyil, mütləq mütəxəssislər ön planda olmalıdı.

Bütün bu islahatlar aparılarkən bugünədək futbolda olanları kənara atmaq, onları bütünlüklə yenilərlə əvəzləmək olmaz. Təbii ki, hazırda da işini ləyaqətlə görənlər var, Məmmədovun qurduğu bərbad sistem üzündən bir çoxları potensialını aça bilməyib, çörəkpuluna işləmək məcburiyyətidə qalıb. Futbol təsərrüfatını yenidən qurmaq adı ilə hər şeyi yerlə yeksan etmək cinayət olar.

Yuxarıda futbolumuza faydalı olacaq insanlardan yalnız bir qisminin adını çəkdim və bütün bunlar yalnız mənim şəxsi düşüncələrimdi. Təbii ki, yaddan çıxanlar, potensialını görə bilmədiklərimiz ola bilər və zamanla hamısı incələnməlidi. Ola bilsin, namizəd göstərdiklərimiz arasında da ümidi doğrultmayanlar olacaq. Bu yazıda məqsəd arzuladığımız mənzərəni təmin etməkdə yardımçı ola biləcək kadrları təqdim etmək idi.

Top onlardadı – görünən, amma özünü gizli saxlamağa çalışan yeni qüvvələrdə. Futbol oyuncaq deyil, o həm Qurban Qurbanovun timsalında ədalətli, bacarıqlı, bəd xisləti olmayan insanları ən uca zirvələrə qaldıra, həm də yüzlərlə nümunədə olduğu kimi bacarıqsızları daimi nifrət hədəfi edə bilər. Çalışın, hörmət qazanın, hörmətlə anılın. Bizə yeni Elxan Məmmədovlar lazım deyil.

VÜSAL MAHMUDOV

blank
blank
blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Digər idman növləri2024-04-24 13:38

MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıldı, biri azadlığa buraxıldı

blank
Digər idman növləri2024-04-24 13:20

Azərbaycan çempionatının ən yaxşı oyunçuları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-24 13:02

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

blank
Digər idman növləri2024-04-24 12:44

İkinci finalçı da bəlli oldu

blank
Digər idman növləri2024-04-24 12:28

Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-24 10:35

İki seriyada hesabda tarazlıq yarandı

blank
Dünya futbolu2024-04-24 10:18

İki futbolçu saxlanıldı – zorakılığa görə

blank
Ölkə futbolu2024-04-24 10:00

Samir Abasov Xaviylə görüşə gedib

blank
Dünya futbolu2024-04-24 09:42

Qrimaldo İspaniyaya qayıtmaq istəyir

blank
Dünya futbolu2024-04-24 09:27

Çempionlar Liqası: “Əl Hilal”ı finala buraxmadılar

blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Ölkə kuboku2024-04-24 08:35

Kubokun finalına kimlər çıxacaq?

blank
Dünya futbolu2024-04-24 08:17

Poşettino darmadağına görə utanmır

blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm