Bizi izləyin

Müsahibə

“Futbolçu simulyasiyaya əl atmamalıdır” – Rahid Əmirquliyev

blank

Futbolinfo.az sizi “Səbail”in futbolçusu Rahid Əmirquliyevin müsahibəsi ilə tanış edir:

  • Premyer Liqanın XV turunda “Sumqayıt”la qarşılaşacaqsınız. Bu görüş haqqında fikirləriniz necədir?
  • Qısa müddət ərzində bu rəqiblə üçüncü matçımız olacaq. Daha əvvəl iki dəfə kubokda üz-üzə gəldik. Onu deyə bilərəm ki, artıq “Sumqayıt”ı yaxşı tanıyırıq. Bizi səfərdə ağır oyun gözləyir. Çətin olacağını bilirik. Ancaq buna baxmayaraq Kubokun ilk qarşılaşmasında səfərdə 1:0 hesablı qələbə qazana bildik. Ağır oyun olsa da, çalışacağıq ki, 3 xal əldə edək.
  • Kuboku da saysaq, bu rəqiblə ümumilikdə 6 dəfə qarşılaşmalısınız. Sizin üçün eyni komanda ilə fasiləsiz oynamaq bezdirici deyil?
  • Mövsümdə 6 dəfə, qısa müddətdə isə 3-cü dəfə oynayacağıq. Eyni komandaya qarşı oynamaq bir az bezdirici olur. Ancaq 8 komandalı çempionatda belə hallar normaldır. Çox komanda olsaydı, bu cür hal yaşanmazdı. İşimiz çıxıb meydanda oynamaqdır. Rəqibin kimliyinə baxmalı deyilik.
  • “Sumqayıt”a 1:2 hesabı ilə uduzduğunu cavab görüşündə hakimlər diqqət mərkəzində idi. Bu görüş haqqında nə deyə bilərsiniz?
  • Birinci görüşdə səfərdə qələbə qazandıq. Evdə isə yaxşı oyunla mərhələ adlamağı qarşımıza məqsəd qoymuşduq. Həmin matça pis başladıq, qısa müddətdə iki top buraxdıq. Sonra həmin qolların əvəzini çıxa bilmədik. Ümumiyyətlə, hakim səhvləri həmin oyunda çox idi. Olmayan penalti verildi. Oturub baxsaq, görərik ki, baş hakim Orxan Məmmədov həddindən artıq səhv etdi. Bunlar nəticəyə təsir edən yanlış qərarlar idi.
  • Orxan Məmmədovun qərəzli qərarlar qəbul etdiyini düşünmürsünüz?
  • Hakim də insandır. Ola bilsin, epizodu görməyib. Kənardan baxanlar isə deyir ki, baş hakimin “Sumqayıt”a simpatiyası görünürdü. Oyun artıq arxada qalıb. Oturub fikirləşsək, heç nəyi düzəldə bilmirik. Növbəti oyunlara hazırlaşmalıyıq. Kubokdan əlimizi üzmüşük. Çalışmalıyıq ki, çempionatda yaxşı çıxış edək və yuxarı pillələrə qalxaq. Ancaq onu da demək istəyirəm ki, ardıcıl ikinci dəfə hakim səhvlərindən mərhələ adlaya bilmirik. Ötən mövsüm də “Zirə” ilə oyunda son dəqiqələrdə qol vurmuşduq. Lakin referi o qolu qeydə almamışdı. Sonra hamı demişdi ki, təmiz qol idi. Bu gün də hakim səhvlərinə görə mərhələ keçə bilmədik.
  • “Sumqayıt”ın penalti qazandığı epizodda Murad Xaçayev ayaqlarını sizin ayaqlarınıza ilişdirib yıxıldı. Həmin an hansı hissləri keçirdiniz?
  • Bəli, Xaçayev özü ayağını ilişdirib yıxıldı. Birinci fit veriləndə elə başa düşdüm ki, baş hakim Orxan Məmmədov simulyasiyaya görə rəqibi cəzalandıracaq. Sonra gördüm ki, penalti verdi. Bildirdim ki, rəqib özü yıxılıb. Amma Məmmədovun qərarı dəyişən deyildi. Özüm də pis oldum ki, vacib oyunda belə penalti etdim. Ancaq yenə deyirəm, həmin epizodda penaltilik heç nə yox idi.
  • Gənc və milliyə namizəd futbolçunun belə vasitəyə əl atması, sizcə, normal haldır?
  • Bu suala cavab verməkdə çətinlik çəkirəm. Özüm simulyasiya etməyi xoşlamıram. Murad Xaçayev komandasına kömək üçün bunu edib. Hardasa ona da haqq qazandırmaq olar. Ancaq mən düşünürəm ki, futbolçu belə hərəkətlər etməməlidir. Biz o qədər görmüşük ki, böyük futbolçular da simulyasiya edirlər. Özləri sonra durub hakimə deyirlər ki, simulyasiya etmişəm. Hakim isə sonra qərarı dəyişir. Amma mənim bu barədə kiməsə nə isə deməyim düzgün olmaz. Şəxsi fikrim belədir ki, oyunçu çalışmalıdır ki, simulyasiya əl atmasın.
  • Futbolu çirkinləşdirən belə halları gördükdən sonra karyeranızı bitirməyi düşündünüzmü?
  • Əlbəttə, razıyam ki, belə hallar futbolu çirkinləşdirir. Simulyasiya futbol və futbolçu üçün yaxşı hal deyil. Avropanın bir çox ölkəsində videotəkrar (VAR) sistemi olduğu üçün belə etmirlər. Epizodun təkrarına baxıb qərarı dəyişə bilirlər. VAR sistemi olmayan ölkələrdə də futbolçular simulyasiya etməməyə çalışsaydılar və hakimləri aldatmasaydılar, daha yaxşı olardı. Hadisə gözlərimin önündə olub. Amma gənc futbolçunun hərəkətini gördükdən sonra karyeramı bitirməyi düşünmədim. Hələlik belə qərar qəbul etməyi planlaşdırmıram. Oynamağa gücüm də var. Çalışacağam ki, daha 2-3 mövsüm çıxış edim.
  • “Xəzər Lənkəran”ın son Premyer Liqa matçını xatırlayırsınızmı? Sabiq komandanıza “Rəvan”la görüşdə penalti verildi. Sanki bu, “Sumqayıt”la matçdakı epizoda bənzəyirdi…
  • O epizodu da çox yaxşı xatırlayıram. Baş hakim Ramil Diniyevin “Rəvan” – “Xəzər Lənkəran” görüşündə təyin etdiyi həmin penalti barədə də çox danışılmışdı. Lənkəran təmsilçisi matçdan sonra Premyer Liqa ilə vidalaşmışdı. “Xəzər Lənkəran” kimi komandanın dağılması bütün Azərbaycan futbolu üçün çox üzücü hal idi. Futbolda simulyasiyalar və hakimi aldatmalar olmasaydı, daha yaxşı olardı. Bunun o biri tərəfi də var ki, hər oyunçu öz komandasına xeyir vermək istəyir. Ona görə bəzi futbolçular simulyasiyaya əl atırlar.
  • Hər transfer dönəmində fərqli klublarla adınız hallanır. Yayda hansısa yeni komandaya keçidiniz realdır?
  • Transfer pəncərəsində futbolçuların adlarının digər komandalarla hallanması normaldır. Biz belə şeylərə fikir vermirik. Harada müqaviləmiz varsa, onun şərtlərini yerinə yetirməli və komandamıza xeyir verməliyik. Söz-söhbətlər həmişə olur və bundan sonra da olacaq. Belə şeylərə fikir verməmək lazımdır. Real nə isə olsa, mütləq ortaya çıxacaq. Mövsümün sonunda “Səbail” klubu ilə müqaviləm başa çatır. Ona kimi vaxt var və bütün fikrimi çempionata yönəltmişəm. Komandaya xeyir vermək üçün çalışacağam. Mövsümün sonunda hansısa qərarı vermək olar.
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-02-08 02:31

“Atletiko” yarımfinalın ilk oyununda uduzdu

blank
Dünya futbolu2024-02-08 02:19

PSJ inamlı qələbə ilə 1/4 finalda

blank
Dünya futbolu2024-02-08 02:03

Afrikada finalçılar müəyyənləşdi

blank
Dünya futbolu2024-02-08 00:31

Təxirə salınmış oyunda heç-heçə

blank
Dünya futbolu2024-02-08 00:02

“Fənərbaxça” inamlı qələbə ilə 1/4 finalda

blank
Digər idman növləri2024-02-07 22:38

Kurtinaytisin rəhbərliyi altında “Sabah” ilk məğlubiyyətini aldı

blank
Dünya futbolu2024-02-07 22:19

Renatın komandası kubokda mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-02-07 22:03

Asiya kubokunda sonuncu finalçı da bilindi

blank
Dünya futbolu2024-02-07 19:40

Qurbanlının komandası yoxlama oyununda uduzdu

blank
Dünya futbolu2024-02-07 19:00

“Dinamo” Mahiri Konfrans Liqası üçün sifariş etdi

blank
Digər idman növləri2024-02-07 18:00

“Komandamız Bakıdakı yarışa hazırdır”

blank
Dünya futbolu2024-02-07 16:38

“Fənərbaxça”nın legionerindən rekord

blank
Ölkə futbolu2024-02-07 16:09

Millimizin sabiq futbolçusu minifutbol komandasına keçib

blank
Digər idman növləri2024-02-07 15:35

Cüdoçular Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

blank
Digər idman növləri2024-02-07 15:00

Azərbaycanın 9 ağırlıqqaldıranı Avropa çempionatında iştirak edəcək

blank
Digər idman növləri2024-02-07 14:15

Azərbaycan millisinin beynəlxalq turnir üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-02-07 13:44

Taekvondoçularımız Türkiyə açıq çempionatında mübarizə aparacaq

blank
Milli komanda2024-02-07 13:17

AFFA rəhbərliyi Parisə gedir

blank
Dünya futbolu2024-02-07 12:56

İspaniya klubunda ciddi itki

blank
Ölkə futbolu2024-02-07 12:35

“Braqa” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-02-07 12:17

“Santyaqo Bernabeu”da Amerika futbolu

blank
Premyer-liqa2024-02-07 12:10

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Dünya futbolu2024-02-07 12:00

İPL: Qış transfer pəncərəsindəki sakitliyin arxasında nə durur?

blank
Dünya futbolu2024-02-07 11:37

Misir millisinin yeni baş məşqçisi bilindi

blank
Digər idman növləri2024-02-07 11:12

Taker üçün anbar

blank
Ölkə futbolu2024-02-07 10:53

“Zirə” son çempionu məğlub etdi

blank
Digər idman növləri2024-02-07 10:38

MBA-da lider dəyişdi

blank
Dünya futbolu2024-02-07 10:09

“Bayer”i dayandıran yoxdur

blank
Dünya futbolu2024-02-07 09:57

“Braqa” “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini açıqladı

blank
Müsahibə2024-02-07 08:00

Kehat üçün növbəti çağırış: “İçimizdə narahatlıq var idi”

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm