I Liqa
Futbolçuları “Sumqayıt”la “Kəpəz”i ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Sumqayıt-2” – “Zirə-2” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Zaqatala” oyununda “Qaradağ Lökbatan”ın futbolçusu Sərxan Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə buna görə 20 manat cərimə olunub.
“Kəpəz” – “Səbail-2” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”