Ölkə futbolu
“Futbolçularımız bu gün böyük əzmkarlıq göstərdilər”

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın XIX turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərimizə təşəkkür edirəm. İş vaxtı olanda matça gəlməyə çətinlik çəkirlər. Amma bu gün bizi tək qoymadılar. Qələbə münasibəti ilə oyunçularımı təbrik edirəm. Onlar bu gün böyük əzmkarlıq göstərdilər. Bizim üçün vacib idi. Gələcək qarşılaşmalarda “Səbail”ə uğurlar arzulayıram. Biz isə “Qarabağ”la görüşə hazırlaşacağıq”.
Əsgərli hər iki hissədə fərqli oyun nümayiş etdirmək istədiklərini söyləyib: “Fasilədə özümüzdə və rəqibdəki boşluqları oyunçulara izah etdik. Bəzən bunlardan istifadə etsək də, davamını gətirə bilmirik”.
Baş məşqçi son olaraq transferlər barədə danışıb: “Axtarışlarımız davam edir. Bir-iki mövqedə çatışmazlıqlar var. Gənc oyunçularla danışıqlar aparılır”.

- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı