Digər idman növləri
“Gəncə” yenidən vahid lider oldu

Azərbaycan Basketbol Liqasında 8-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun son günündə bir oyun keçirilib.
Astara Olimpiya İdman Kompleksində baş tutan oyunda “Gəncə” “Olimpik” (Şəki) ilə qarşılaşıb və rəqibinə 105:80 hesabıyla qalib gəlib.
Beləliklə, xalını 15-ə çatdıran Gəncə təmsilçisi yenidən liderliyə yüksəlib. “Sabah” 14 xalla ikinci, NTD 13 xalla üçüncüdür.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Sərhədçi” NTD-ni 93:92, “AAAF Xırdalan” “Neftçi”ni 83:68, “Sabah” “Zirvə Astara”nı 97:88 hesabıyla məğlub edib.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq