Bizi izləyin

Müsahibə

“Gəncəli veteranlar bu sualı Tərlan Əhmədova ünvanlasınlar”

blank
blank

Qış fasiləsində “Kəpəz”dən “Şamaxı”ya keçən Əli Səmədovun futbolinfo.az saytına müsahibəsi

– “Şamaxı”ya keçidiniz necə baş tutdu?

– “Kəpəz”in əvəzedicilərində məşq edirdim. Açığı, heç bir təklifim də yox idi. “Şamaxı”nın məşqçiləri Vüqar Əsgərli və Cavid Hüseynov sağ olsunlar ki, məni komandalarında görmək istədilər. Təklif gəldi, danışıqlar apardıq. Mən də böyük məmnuniyyətlə razılığımı bildirdim. Hər ikisinə minnətdaram.

– Doğma komandanız “Kəpəz”dən ayrılmaq sizə çətin olmadı?

– Əlbəttə ki, çətin oldu. 7 il idi ki, o komandada çıxış edirdim, 4 il də kapitanlıq sarğısını daşımışam. Özüm də gəncəliyəm. Klubun ən ağır günlərində, pis vaxtlarında orada olmuşam. Ayrılmaq bir az ağır gəldi. Amma futbolda bu gün buradasansa, sabah başqa yerə keçə bilərsən. Futbol həyatı belədir. “Şamaxı”da da yaxşı atmosfer var, hər şey ürəyimcədir. Bura özümü yad hiss edəcəyim yer deyil. Mehribanlıq yüksək səviyyədədir.

– 7 il formasını geyindiyiniz komandanı bu şəkildə tərk etməyin kökündə böyük səbəb durmalıdır. Nə baş verdi ki, Tərlan Əhmədov sizi və bir neçə futbolçunu əsas heyətdən uzaqlaşdırdı?

– Başlanğıcda hər şey qaydasında gedirdi. Tərlan Əhmədov gələndən sonra da sabit oyunlarımı keçirirdim. Amma birdən-birə nəsə oldu. “Sabah”la matçdan sonra dedi ki, tapşırıqlarımı yerinə yetirmədin. Bununla da əvəzedici heyətə göndərildim. Məndən əvvəl Rauf Əliyev, sonra isə Əfran İsmayılova Elvin Yunuszadə əvəzediciyə gəldi. Mənim kimi, onlar da əsas komandadan göndərilmə səbəbini bilmədilər. Mənə hələ də maraqlıdır ki, niyə orada idim? Gəncədə məni tanıyanlar bilirlər ki, hansısa taktiki gedişi pozmağım, intizamsızlıq eləməyim mümkün deyil.

– Tərlan Əhmədov mətbuat konfransında bildirmişdi ki, istədiyi səviyyədə oynamırsınız. O qədər zəif olsaydınız, “Şamaxı” sizi istəyərdi?

– Sadəcə, mətbuata dediyi səbəb bu idi. Özü ilə də danışmışdım. Dedi ki, oyunda taktiki gedişi pozmusan, künc zərbəsi zamanı səni filan yerə qoymuşdum, orada durmamısan. Orada nə etdiyim mənə də maraqlı qalır. Bəhanə olub-olmadığını bilmirəm. Zəif çıxışa görə komandadan göndərilməyim mümkün deyil. Hamı matçlarımın videoyazılarına baxa bilər. Demirəm ki, bütün görüşləri yüksək səviyyədə keçirmişəm. “Sabah”la həmin qarşılaşmada komanda olaraq zəif oynadıq.

– “Kəpəz”in baş məşqçisi gəncəlilərə üstünlük vermək istədiyini bildirdi. Əgər belədirsə, sizə niyə yerə tapılmadı?

– Bu sualı özüm də özümə verirəm. Gəncədə sözünü demiş veteran futbolçular var. İstərdim ki, onlar bu sualı Tərlan Əhmədova ünvanlasınlar. Hər şeyi danışaraq qalmaqalla yadda qalmaq da istəmirəm. Bəlkə də beləsi xeyirlidir. “Şamaxı” mənim üçün daha yaxşı olacaq.

– Klub rəhbərliyi niyə sizə dəstək vermədi?

– Gəncə futbolunda çox insandan incikliyim var. Bu vəziyyətə düşəndə mənə dəstək verənləri də, kənara çəkilənlər də gördüm. Arxamca danışanlar da oldu. Baş məşqçi hansısa qərar verə bilər. O məni yaxşı tanımır. Lakin komandanın içində məni tanıyanlar çoxdur. İncikliyim onunla bağlıdır ki, azarkeşlərdən və bəzi insanlardan başqa çox dəstək görmədim. Deməzdim ki, klub rəhbərliyindən narazılığım var. “Kəpəz”in icraçı direktoru İlqar Nadiri ilə söhbətim oldu. Dedi ki, sənə dəstəyəm. Açığı, getməyimi istəmirdilər. İlqar müəllim demişdi ki, burada qal, hər şey yaxşı olacaq. Tərlan Əhmədov söz vermişdi ki, fevralda komandaya qayıdacağam. Düzü, qəlbim qırılmışdı, özüm də istəmirdim. “Şamaxı” variantının çıxması lap əla oldu. Burada özümü göstərmək istəyirəm.

– Mövsümün ikinci yarısı ilə bağlı hədəfləriniz nələrdir?

– Hədəf əlimizdən gəldiyi qədər turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmaqdır. “Şamaxı”nın oyunlarını mən də izləmişəm. Hər matçda artırırdılar, daha yaxşı çıxış edirdilər. Məncə, daha yuxarı yerlərə yüksələ bilərik. Hər şey öz əlimizdədir.

– Baş məşqçi dəyişikliyi olarsa, yenidən “Kəpəz”də oynayarsınız?

– Baş məşqçi dəyişikliyi olsa, bəlkə… Amma indi “Şamaxı” komandasındayam. Burada hər şey mənim üçün yaxşıdır, mehriban kollektiv var. “Şamaxı”dakı futbolçularla, məşqçilərlə çalışmaq mənə rahat gəldi. Hələ ki, başqa bir fikrim yoxdur, çempionata köklənmişəm. “Şamaxı”ya kömək olmaq üçün əlimdən gələni etmək istəyirəm.

FƏRİD

Reklam

Reklam


blank
Digər idman növləri2023-12-04 12:33

Azərbaycan çempionatının ilk günündə 31 döyüş keçirilib

blank
Digər idman növləri2023-12-04 12:12

15 şahmatçı Özbəkistana yollanacaq

blank
Ölkə futbolu2023-12-04 11:51

“Neftçi” azarkeşləri qəzəbləndi, şəhidlər unuduldu

blank
Milli komanda2023-12-04 11:35

AÇ: Seçmə mərhələnin oyun təqvimi açıqlandı

blank
Ölkə futbolu2023-12-04 11:14

II Liqada 13-cü turun təyinatları açıqlandı

blank
Dünya futbolu2023-12-04 10:55

Feliks “Barselona”nın oyun tərzini daha çox bəyənir

blank
Ölkə futbolu2023-12-04 10:37

“Səbail” üçün ikiqat yubiley

blank
Ölkə futbolu2023-12-04 10:20

Kurdiç “Araz-Naxçıvan”ın tarixinə düşdü

blank
Ölkə futbolu2023-12-04 10:02

14 ildən sonra

blank
Müsahibə2023-12-04 09:45

Yunanov qəhrəman olmaq istəyirmiş: “Öz sözümü demək niyyətindəyəm”

blank
Dünya futbolu2023-12-04 09:28

Avropa Super Liqası: qərar dekabrın 21-də veriləcək

blank
Ölkə futbolu2023-12-04 09:10

Amil qışda klubunu dəyişməyəcək

blank
Premyer-liqa2023-12-04 08:52

“Qarabağ” “Qəbələ”yə qarşı

blank
Dünya futbolu2023-12-04 08:35

Çerçesov millimizə yox, “Soçi”yə gedir

blank
Milli komanda2023-12-04 08:17

Azərbaycan yığması Millətlər Liqasında kimlərlə qarşılaşa bilər?

blank
Ölkə futbolu2023-12-04 08:00

“Zirə” dayandı, izləyicilərinin sayı artdı

blank
Dünya futbolu2023-12-04 02:26

“Barselona” “Atletiko”nu məğlub yola saldı

blank
Dünya futbolu2023-12-04 02:05

“İnter” “Napoli”yə böyük hesabla qalib gəldi

blank
Dünya futbolu2023-12-04 01:44

PSJ-dən inamlı qələbə

blank
Dünya futbolu2023-12-04 00:55

“Bayer”lə “Borussiya”dan heç-heçə

blank
Dünya futbolu2023-12-04 00:18

“Beşiktaş”da yeni prezident

blank
Dünya futbolu2023-12-03 23:20

“Mançester Siti”dən “Tottenhem”lə heç-heçə, “Liverpul”la “Çelsi”dən qələbə

blank
Dünya futbolu2023-12-03 22:54

“Beşiktaş” səfərdə xal itirdi

blank
Dünya futbolu2023-12-03 22:08

Şeydayevin komandası səfərdən 1 xalla qayıtdı

blank
Premyer-liqa2023-12-03 21:27

“Qəbələ”nin zədəlilərindən son xəbər

blank
Premyer-liqa2023-12-03 20:57

“Qarabağ”la “Qəbələ”nin 75-ci dueli

blank
Premyer-liqa2023-12-03 20:14

“Zirə” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-12-03 19:50

“Hücumçuların oyunu məni qane edir” – Mutu

blank
Premyer-liqa2023-12-03 19:30

“Üstünlük bizim tərəfimizdə idi” – Rəşad Sadiqov

blank
Premyer-liqa2023-12-03 18:58

“Neftçi” “Zirə”yə qalib gəldi

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

Facebook

Gündəm