Ölkə futbolu
Gəncə Futbol Akademiyası martda istifadəyə veriləcək – VİDEO
Gəncə Futbol Akademiyasının inşasına 2022-ci ilin əvvəlindən başlanıb. İki mərtəbədən və zirzəmidən ibarət olan akademiyada nəzərdə tutulan işlər böyük ölçüdə yekunlaşıb.
Artıq binanın daxilində elektrik, montaj, suvaq işləri də başa çatmaq üzrədir. Hazırda fasad hissəsinə xüsusi üzlüklər vurulur ki, onun da qısa zamanda tamamlanması planlaşdırılır. Tikintidə işlərin 80 faizi demək olar ki, görülüb.
Təbii ki, Gəncə Futbol Akademiyasının hazır olacağı tarix böyük maraqla gözlənilir. İş icraçısının sözlərinə görə, futbol məktəbinin martda istifadəyə verilməsi mümkündür.
Akademiyada trenajor, sauna, duş, geyinib-soyunma, hakim otaqları, çamaşırxana və anbar zirzəmidə olacaq. 1-ci mərtəbədə iş, dərs və qonaq otaqları, konfrans zalı, eyni zamanda yeməkxana fəaliyyət göstərəcək. 2-ci mərtəbədə isə həm əsas komandanın futbolçuları, həm də akademiyada futbolun sirlərinə yiyələnəcək uşaq və yeniyetmələrin qalması üçün yataq otaqları nəzərdə tutulub.
BƏHRUZ MUSAYEV, GƏNCƏ
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”