Misli Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilmiş “Turan Tovuz” – “Kəpəz” oyununda gəncəli azarkeşlər Tərlan Əhmədovun istefasını tələb ediblər.

Futbolinfo.az xəbər verir ki, hesab 2:0 meydan sahiblərinin xeyrinə olduqdan sonra qonaq komandanın fanatları “Kəpəz”in baş məşqçisi əleyhinə şüarlar səsləndirməyə başlayıblar.

Xatırladaq ki, qonaqların 0:2 hesabı ilə uduzmaqları azmış kimi, 84-cü dəqiqədə qapıçı Orxan Sadıqlı da qırmızı vərəqə ilə meydandan qovulub. Gəncə təmsilçisi Premyer Liqada 10 oyundur qələbə qazana bilmir. Komanda bu oyunlardan dördündə məğlub olub, altısında isə heç-heçə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp