Ölkə futbolu
“Gent” – “Qarabağ” matçını stadiondan izləmək istəyənlərə əla təklif

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq. İlk oyun fevralın 16-da Bakıda, cavab matçı isə bir həftə sonra – fevralın 23-də Belçikada keçiriləcək.
“Köhlən atlar”ın “Gent”lə oyunlarına maraq çox böyükdür. Yerli azarkeşlər Bakıdakı görüşlə yanaşı, səfərdəki qarşılaşmanı da izləmək istəyirlər ki, bu da anlaşılandır.
Futbolinfo.az xəbər verir ki, “Cansports Travel&Consulting” Belçikaya səfər etmək istəyən azarkeşlərə maraqlı təklif edir. Belə ki, “Qarabağ” klubunun keçmiş əməkdaşı Nurlan İbrahimovun rəhbəri olduğu şirkət bununla bağlı kampaniya elan edib:
“Qarabağ”ı tarixi maçında dəstəkləmək istəyirsiz?
Azərbaycanın ilk milli idman turizm şirkəti “Cansports Travel&Consulting” bu imkanı sizə yaradır! Belçikada, “Gent”lə oyunda Azərbaycan komandasına dəstək olmaq üçün əla kampaniya elan edilib . Şirkətin oyun üçün otel + təyyarə bileti + nəqliyyat+ viza dəstəkli xidmətinizdən yararlandığınızda matç bileti “Cansport” tərəfindən hədiyyə olunur.
Xidmətlər:
Aviabilet
Oteldə yerləşmə
Transfer
Sığorta
Qidalanma (Səhər yeməyi)
Oyun bileti hədiyyə!!!
(Əlaqə: +994502013819)

- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı
- Ölkə futbolu2023-03-18 09:47
“Sumqayıt”da baş məşqçi köməkçisi ilə əlbəyaxa oldu