Dünya futbolu
Gerye debüt oyununda qol vurdu
Futbol üzrə Kipr çempionatında 26-cı turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, “Apollon” doğma meydanda “Enosis”lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Qış fasiləsində “Qarabağ”dan ayrılaraq, “Apollon”a keçən Donald Gerye də yeni komandasında debüt edib. Matçda hesabı da 69-cu dəqiqədə məhz haitili futbolçu açıb. Bununla da 31 yaşlı futbolçu debüt oyununda fərqlənməyi bacarıb.
“Apollon”un heyətində “Qəbələ” və “Neftçi”nin keçmiş hücumçusu Baqali Dabo da meydanda olub.
Limassol təmsilçisi 54 xalla turnir cədvəlində 3-cüdür. “Apollon” lider “Omoniya”dan 2 xal geri qalır.