Ölkə futbolu
Gerye müqavilə bağladı – “Zirə” tezliklə açıqlayacaq

“Zirə” tezliklə növbəti transferini açıqlayacaq. Gözlənildiyi kimi, qəsəbə təmsilçisi haitili futbolçu Donald Geryeni heyətinə qatıb.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, artıq onunla münasibətlər rəsmiləşdirilib. Dünən rəsmi müqavilə bağlanıb, bu gün isə elan ediləcək. Müdafiəçi artıq Bakıya gəlib, tezliklə komandanın məşqlərinə qoşulacaq. Müqavilənin detalları isə hələlik bəlli deyil.
Qeyd edək ki, Gerye 2017/2019 və 2020/2021-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2019/2020-ci il mövsümündə isə “Neftçi”nin şərəfini qoruyub.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov dünən mətbuat konfransında bu transferin anonsunu vermişdi. “Qartallar” tezliklə daha iki transferi açıqlamalıdır.
