Ölkə futbolu
Geryenin pasportu gəldi – “Legiya”ya qarşı oynaya bilər
“Qarabağ”ın futbolçusu Donald Gerye UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa “Legiya”sına qarşı oynaya bilər.
Futbolinfo.az xəbər verir ki, b barədə “Report”a haitili yarımmüdafiəçinin özü məlumat verib.
31 yaşlı oyunçu bildirib ki, artıq pasport məsələsi həllini tapıb: “Bu gün lazım sənədi göndərdilər. Haiti prezidenti bu işdə mənə yaxından kömək etdi. Varşavaya getmək istəyirəm. Hazırda bu istiqamətdə işlər gedir. Klubdan cavab gözləyirəm. Amma hələ heç nə bilinmir”.
Polşa mətbuatı isə yazıb ki, Gerye Bakıdan İstanbula, oradan isə Varşavaya uçacaq. Onun bu gün axşam və ya sabah səhər saatlarında Polşada olacağı bildirilib.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək “Legiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq