Bizi izləyin

Milli komanda

Günahkar axtarışı: pərdə arxasında qalanlar

blank
blank

Milli komandanın növbəti məğlubiyyəti yenə müzakirə mövzusudur. Hətta il ərzində AFFA-nı yaddan çıxaranlar da yığma uğursuzluğa düçar olan kimi sosial şəbəkədə nələrsə yazır, fikir bildirir.

Lakin 1:4-ü bir neçə nəfərin boynuna yükləmək elə yenilginin özü qədər ağırdır. Bu, bərabərsəviyyəli rəqiblərin görüşündə buraxılan hansısa fərdi səhvin nəticəsi deyil ki, günahkarı 11 nəfərin içərisində axtaraq. Biz illərdir uduzuruq, vəziyyətin düzəlməsi üçün edilən dəyişikliklər, görülən işlər isə ümumi futbolun yararına deyil, şəxslərin mənafeyinə hesablanıb.

15 ildən çoxdur AFFA-da kök salan işbilməzlərin sayəsində yerimizdə saymışıq, vəziyyətin dəyişməsi üçün heç nə etməyiblər. Seçmə mərhələ başlayan kimi 1-2 nəfər tənqid edilir, ajiotaj yaranır, sonra hamı taleyi ilə barışır və qazanılan təsadüfi 1-2 xal gələcək üçün ümid işığı kimi qələmə verilir, yalançı rəy yaradılır. Necə ki, Millətlər Liqasının son 3 turunda əhəmiyyətsiz matçlarda qazanılan qələbələrin eyforiyası ilə yalançı fon yaradılmışdı. Beləcə illəri itiririk.

Özümüzü aldatmayaq, Azərbaycanda futbol təsərrüfatı “sökülüb təzədən yığılmalı”, real addımlar atılmalı, inkişaf strategiyası seçilməlidir. İndi AFFA-ya gəlmək istəyən qüvvələr yalnız kreslo düşkünləri olmamalıdır, həqiqətən fərq yaratmaq üçün gəldiklərini göstəməli, inandırmalıdırlar. Azarkeş Avropa və ya dünya çempionluğu istəmir. Şərait və imkanlarımıza görə mübariz komanda formalaşdırmaq, əsl rəqabət mühiti yaratmaq, final mərhələlərinə iddia etmək lazımdır. Bu qədər dövlət qayğısının qarşılığında mümkün olanlar edilməlidir.

Bəli, dünənki məğlubiyyətin səbəbkarlarından biri Yusif idi – amma qapıçı İmanov yox, Azərbaycanda uşaq futbolunu bərbad günə qoyan marketoloq, bu sahəyə qətiyyən dəxli olmamasına baxmayaraq illərdi bu sahəni məhv edən Vəliyev.

Biz ikinci qolda səhv edən Bəxtiyar Həsənalızadədən yox, Elxan Məmmədovun Parisdən ötürdüyü mesajlarla futbolu idarə etməyə çalışan Cahangir Həsənzadədən danışmalıyıq. Ağasının saxta layihələrinə can vermək istəyən bu şəxs gənc müdafiəçidən daha çox günahkardır.

Höccət Haqverdini bir neçə epizoda görə qınamaq olar, lakin əsl günahkar bu farsı və onun kimiləri Azərbaycana calaq edən Riad Rəfiyevdir. İllərdir azərbaycanlı balalarının qarşısını faydasız milliləşənlərlə, əcnəbilərlə kəsən, yalnız öz qazancını düşünən bu zat nə qədər ki, söz sahibidir, bizi fərqli aqibət gözləmir.

Canni De Byazi günahkardır, amma ən böyük günah sahibi onu Azərbaycana sırımaq üçün bütün imkanlarını səfərbər edən Elxan Tağızadədir. AFFA-da illərdi kölgədə yatıb ən yağlı tikələri həzm edən bu şəxsin fəaliyyəti araşdırılmalı, İtaliya sevgisinin biznes layihələrinə təsiri üzə çıxarılmalıdır.

Rövnəq Abdullayev əsas suçludur, amma onu 15 ildir pultla idarə edənlər nişan verilməlidir. Milli komanda ilə bağlı heç bir qərar onun deyil – formal prezidentdir, qərarı müavini kimi görünüb, əslində, ağası olanlar verir. Və bütün sistemi idarə edən hiyləgər Elxan Məmmədov yaddan çıxır.

Problem çoxdur və yalnız üzdə görünənləri baltalamaqla deyil, pərdə arxasında əyləşib futbolun siyasətini müəyyənləşdirənləri ifşa etməli, onların ayağını futboldan kəsməliyik. İstedadlı Yusif İmanovu, bir ay futbol oynamadan “oda atılan” Bəxtiyar Həsənalızadəni tənqid etməklə istəmədən əsas günahkarları qorumuş oluruq. Azərbaycan futbolunu ciddi müalicə etmək lazımdır, xəstəliyinin mənbəyi tapılmalıdır, üzə çıxan əlamətlərinə aldanmaq olmaz.

İndi etdiyimiz eşşəyi qoyub palanı döyəcləməkdir. İllərdir bunu edirik, bəlkə yorulaq, dayanıb düşünək?..

VÜSAL MAHMUDOV

Reklam

Reklam


blank
Dünya futbolu2023-05-30 00:48

“Ayaks” Fransa klubundan ayrılan yetirməsi ilə müqavilə bağladı

blank
Dünya futbolu2023-05-29 23:04

Nağıyevin komandasından səfərdə inamlı qələbə

blank
Digər idman növləri2023-05-29 22:46

DÇ-də ilk gün başa çatdı, ikinci günün rəqibləri bilindi

blank
Milli komanda2023-05-29 22:37

İkinci oyunda daha rüsvayçı darmadağın

blank
Dünya futbolu2023-05-29 21:46

Dadaşovdan mövsümün son matçında məhsuldar ötürmə

blank
Dünya futbolu2023-05-29 21:15

Mustafayevli “Aleksandriya” evdə uduzdu

blank
Dünya futbolu2023-05-29 20:47

“Napoli”də yeni müqavilə

blank
Dünya futbolu2023-05-29 20:00

Mbappe ən yaxşı seçildi

blank
Ölkə futbolu2023-05-29 19:27

“Qarabağ” onlarla vidalaşdı

blank
Dünya futbolu2023-05-29 19:13

“Borussiya”da beş ayrılıq

blank
Ölkə kuboku2023-05-29 18:03

Finalın biletləri satışa çıxarıldı

blank
Dünya futbolu2023-05-29 17:33

Bundesliqaya ikinci vəsiqənin sahibi bəlli oldu

blank
Digər idman növləri2023-05-29 17:05

Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı

blank
Dünya futbolu2023-05-29 16:32

“Çelsi” yeni baş məşqçisini rəsmən açıqladı

blank
Dünya futbolu2023-05-29 16:07

Bellingem ən yaxşı seçildi

blank
Ölkə futbolu2023-05-29 15:00

“Çempionluq möhtəşəm hissdir” – Cica

blank
Digər idman növləri2023-05-29 14:09

İdmançımız Bakıdakı dünya çempionatında mübarizəni dayandırdı

blank
Digər idman növləri2023-05-29 13:35

İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib

blank
Digər idman növləri2023-05-29 12:35

Gəncədə yubiley yarışı

blank
Ölkə futbolu2023-05-29 12:10

“Qarabağ”ın 300-cü ev qələbəsi

blank
Ölkə futbolu2023-05-29 11:59

Diniyevin 200-cü matçı

blank
Ölkə futbolu2023-05-29 11:40

Son 19 ilin rekordu

blank
Digər idman növləri2023-05-29 11:25

“Mayami Hits” 0:3-ü 3:3-ə çevirdi

blank
Dünya futbolu2023-05-29 11:00

166 milyon funt sterlinq – “Siti” üçün rekord qazanc

blank
Dünya futbolu2023-05-29 10:41

“Yuventus” 12 il sonra kənarda qaldı

blank
Ölkə futbolu2023-05-29 10:23

Emin Mahmudov 17-ci oldu

blank
Digər idman növləri2023-05-29 10:11

Kanadanın 28-ci dünya çempionluğu

blank
Ölkə futbolu2023-05-29 09:35

Sürprizsiz mövsüm bitdi

blank
Müsahibə2023-05-29 09:17

Musa atası ilə birlikdə qərar verəcək

blank
Digər idman növləri2023-05-29 08:59

Yenə Ferstappen

blank
Premyer-liqa2023-05-29 00:31

“Qarabağ” çempionluq kubokuna qovuşdu – VİDEO

blank
Premyer-liqa2023-05-28 22:26

“Qarabağ”ın mövsümdəki son qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-05-28 20:07

“Sabah” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-27 23:21

“Şamaxı” elita ilə belə vidalaşdı – VİDEO

blank
Premyer-liqa2023-05-27 22:46

“Qəbələ”nin “Kəpəz”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-05-27 22:15

“Sumqayıt” son oyunda “Zirə”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-27 21:06

Rəşad Sadıqov: “Bu mövsüm mənim üçün böyük dərs oldu”

blank
Ölkə futbolu2023-05-25 13:00

“Sabah”ın çempionluq oyunu – VİDEO

blank
Premyer-liqa2023-05-22 22:13

“Qəbələ” Şamaxıdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:36

Tovuzda 4 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:15

“Sabah”la “Zirə”dən qolsuz “sülh” – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:04

“Qarabağ” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 20:40

“Kəpəz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 15:07

“Neftçi”də 3 itki – VİDEO

blank
Premyer-liqa2023-05-17 22:06

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-05-16 22:40

Şenol Günəşlə Cenk Tosun “Sabah”la oyun haqda – VİDEO

blank
Premyer-liqa2023-05-14 23:49

“Şamaxı” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Ölkə futbolu2023-05-14 15:19

“Sabah”la “Beşiktaş”dan 6 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-13 23:47

“Səbail” “Qarabağ”a böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-13 21:15

“Turan Tovuz” Qəbələdən 3 xalla döndü – VİDEO

blank
Premyer-liqa2023-05-12 22:11

“Kəpəz” Zirədən 1 xalla döndü – VİDEO

blank
Ölkə futbolu2023-05-11 23:13

“Beşiktaş”ın futbolçularından “Sabah”la xeyriyyə matçına çağırış – VİDEO

blank
Digər2023-05-10 13:30

AMADA “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər keçirib – VİDEO

blank
Premyer-liqa2023-05-08 23:55

“Qarabağ”dan “Qəbələ”yə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 22:16

“Səbail”dən Sumqayıtda əzmkar qələbə – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:53

“Turan Tovuz”dan “Neftçi”yə 4 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:38

“Futbolçularımızda “Neftçi”ni udmaq istəyi çox idi” – Ayxan Abbasov

blank
Premyer-liqa2023-05-07 18:00

“Bu məğlubiyyəti təsadüf kimi qəbul edəcəm” – Regekampf

blank
Ölkə futbolu2023-05-07 14:05

“Turan Tovuz”la matça 2 itki ilə – VİDEO

blank
Premyer-liqa2023-05-06 19:43

“Şamaxı” “Zirə”yə belə məğlub oldu – VİDEO

Facebook

Gündəm