Dünya futbolu
Günahkar qazon imiş…

Mərakeşə uduzaraq Dünya Çempionatını tərk etməyə məcbur olan İspaniya yığmasının üzvləri uğurusuzluğu həzm edə bilmir. 1/8 finalda dayanmağa məcbur olan komandanın futbolçularından biri – Markos Llorente də məyusdu.
İspan futbolçu məğlubiyyəti həm də bəxtə bağlayır: “Matçın taleyini penaltilər müəyyən etdi. Çox əla oyun keçirə, rəqibdən üstün ola bilərsən, amma mütləq qol vurmalısan. Bunu bacarmayanda iş penalti seriyasına kimi uzanır, burada isə hər cür nəticə mümkündür”.
Markos qələbə qazana bilmədikləri üçün müxtəlif səbəblər göstərir: “Rəqib müdafiəyə oturdu, tam qapandı. Qazonun vəziyyəti də yaxşı deyildi. Amma istənilən halda fədakarcasına müdafiə olunub istədiyi nəticəni alan mərakeşliləri təbrik etməliyik”.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib