Dünya futbolu
Gürcü qapıçı İngiltərə klubunda

“Valensiya”nın qapıçısı Georgi Mamardaşvili karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolinfo.az “The Athletic”ə istinadən xəbər verir ki, “Tottenhem” və “Aston Villa” onunla maraqlanır.
Mamardaşvili ötən ilin noyabrında La Liqa təmsilçisi ilə 2027-ci ilin iyuna ayına qədər nəzərdə tutulan sözləşmə imzalayıb. Həmin müqavilədə gürcüstanlının 100 milyon avroluq sərbəstqalma maddəsi öz əksini tapıb.
Gürcü qolkiper cari mövsümdə “Valensiya”nın heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb.

- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar