Dünya futbolu
Həbib Nurməhəmmədovdan Mourinyoya dəstək

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov “Roma”nın baş məşqçisi Joze Mourinyonun Avropa Liqasının finalında “Sevilya”ya məğlubiyyətini (1:1, penaltilər – 1:4) şərh edib.
Futbolinfo.az xəbər verir ki, Nurməhəmmədov sosial şəbəkədəki hesabında portuqaliyalı mütəxəssisin fotosunu paylaşaraq, “O, xüsusidir” yazıb.
“Sevilya” tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub. Mourinyo isə karyerasında ilk dəfə avrokubokların həlledici qarşılaşmasında yenilib. Öncədən o, beş final matçının hər birində qələbə qazanmışdı.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat