Ölkə futbolu
“Hədəf və təzyiq yoxdur” – Okebuqvu

“Antalyadakı təlim-məşq toplanışımız əla keçdi. Yaxşı işlər gördük və hazırlaşdıq” – bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Henri Okebuqvu deyib.
Nigeriyalı yarımmüdafiəçi Premyer Liqanın ikinci yarısına hazır olduqlarını bildirib: “Biz hər şeyimizlə çempionatın ikinci yarısına hazırıq. Bütün gücümüzlə təlim-məşq toplanışında işlədik. Çempionat davam etdikcə birlikdə yaxşı işlər görməyə çalışacağıq”.
Okebuqvu konkret hədəflərinin olmadığını deyib: “Hədəf və təzyiq yoxdur. Hər oyunda ən yaxşısını etmək üçün mübarizə aparacağıq. Həm kubokda, həm də liqada bütün matçlara qələbə üçün çıxacağıq”.

Reklam
- Ölkə futbolu2023-02-01 17:55
Təmkin Xəlilzadənin yeni klubu bəlli oldu
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-01 12:19
Sonun başlanğıcı: Əzəmətini itirmiş “Kəpəz” dedi-qodu yuvasına çevrilib
- Milli komanda2023-02-01 15:12
AFFA və AGİN “Sumqayıt” üçün “oyuna gedəcəkmi”?