Bizi izləyin

Ölkə futbolu

Hər il 15 legioner alan klubda futbolçu yetişməz!

blank

“Uşaq futbolu, uşaq futbolu…”

Azərbaycan futbolunda dillərdən düşməyən ifadə…

Futbola böyük maliyyə axını başlayandan, 2004/05 mövsümündən bu günə kimi ölkə çempionatının yüksək liqasında 30-a yaxın komanda iştirak edib. Zaman keçdikcə 18 komandalı çempionat tədricən 8 komandalı açıq “Bakı birinciliyi”nə çevrilib.

Azərbaycan futbolunda təhlillər, ümumi problemlərin köklü müzakirələri çox az aparılır. Üzdənyanaşmalar, layiq olmadıqları vəzifə davaları, AFFA-ya, milliyə kim(lər) gələcək müzakirələri… Və “uşaq futbolu yoxdur” fəryadı…

Müasir futbolda komandaları legionerlərsiz təsəvvür etmək çətindir. Az sayda bacarıqlı legionerlərin yanında yerli istedadlar püxtələşir, daha tez inkişaf edirlər. Azərbaycan futbolunu nəinki Avropanın “böyük 5-lik”, Türkiyə, Rusiya, Ukrayna, Niderland kimi futbol ölkələri ilə də müqayisə etmək doğru olmaz. Futbolun ümumi səviyyəsi, maliyyə yatırımları müqayisəolunmazdır.

Futbol Avropada iqtisadiyyatı özündə birləşdirən böyük industriyaya çevrilib. Teleyayım, sponsor, reklam, “oyun günü” gəlirləri klubların sabitliyini, gəlirlərini, ayaqda qalmalarını təmin edir. Digər önəmli məqam: Avropa İttifaqı vətəndaşlıq, sərhədsizlik, valyuta mübadiləsi baxımından keçmiş SSRİ kimidir, 30 yaxın ölkədə bir-birinə münasibətdə futbol limiti anlayışı yoxdur.

Azərbaycanda bunların 90 faizi mümkün deyil, futbol daha çox sosial layihədir. Klublarımız ancaq qruplarda oynamaqla UEFA xətti ilə milyonlar əldə edə bilərlər. Digər uyğun gələn məsələ isə çox çətin, əziyyətli yoldur. Ciddi layihələr ortaya qoyularaq istedadlar üzə çıxarıla, yetişdirilib xaricə çıxışları təmin edilə bilər…

Ölkə futbolunun “yağ-bal” dövründən bu yana, komandaların sifariş vərəqindən yuxarı-aşağı toplam 2000 (!) legioner futbolçu adı qeydiyyatdan keçib. Hər bir futbolçu komandada saxlanılırsa, növbəti mövsüm üçün yenidən sifariş edilir. Bu illər ərzində onlardan ən yaxşı halda 50-100 futbolçu Azərbaycan futboluna faydalı olub…

Sifariş edilən 2000 əcnəbi futbolçunun ortalama ümumi qiyməti 250-300 milyon dollardır. Günümüzdə manat kursuyla – yarım milyard (!) deməkdir. Azərbaycan şərtlərinə görə fantastik vəsaitdir. Bu rəqəm millilərdə, klublarda milliləşdirilən, nənəsi-babası azərbaycanlı çıxan “yerli” futbolçulara aid deyil. Onlar da əlavə edilsə, daha qorxunc mənzərə alınar…

Son 10 mövsümdə “Neftçi” və “Qarabağ”ın liderliyi onu göstərir ki, heyətdə maksimum 10-12 səviyyəli legionerlə yerli futbolçuların vəhdəti, doğru işlərin görülməsi çempionluqları, qrupları təmin edir. Vaxtilə limit sayı aşağı olduğu illərdə “Neftçi”, “Xəzər Lənkəran”, “Bakı”, “İnter” 7-8/12 legionerlə də çempionluqları qazanıblar.

Belə olduğu halda Azərbaycan çempionatında futbol səviyyəsi ilə seçilməyən bu qədər legioner necə tüğyan edə bilərdi?

Minlərlə legionerin ölkə futboluna gətirilməsinin nə anlamı var? Səbəblər nədir? Bəlli limit həddi qoyulduğu halda niyə klublarımızın heyətində mövsümə 15-20, bəzi hallarda 25 futbolçu çıxış edib?

Azərbaycan klubları arasında çempionatda ümumi legioner sifarişinə görə mütləq rekordçu “İnter”/”Keşlə”dir. Ardıcıl qruplar qazanmış “Qəbələ” ikincidir… Bununla yanaşı, bu klublarla birgə çoxsaylı transferlər etmiş “Bakı” klubu infrastruktura, akademiyalarına, uşaq futboluna ciddi diqqət ayırırdılar.

Çempionluğa oynayan aparıcı klublar bir yana, ortabablar, autsayder komandalar elə mövsümlər olub ki, 15-18 (!) legionerlə çıxış ediblər. Hər zaman Azərbaycan futboluna istedadlar bəxş etmiş Gəncə, Tovuz, Zaqatala, İmişli,Qusar, Masallı, Salyan futbolunun onlarla legionerə nə ehtiyacı var idi?! Hətta MOİK-in heyətində belə əcnəbi futbolçular çıxış edib.

Sifariş vərəqində ümumi say limitinin tətbiq olunması məsələsini AFFA qarşısında dəfələrlə qaldırmışam, rəhbərlik səviyyəsində görüşlərim olub. Təəssüf ki, indiyə kimi problem çözülməyib. O klublarda ki, strategiya düzgün qurulurdu, ciddi problem yaşanmırdı, klub daxilində məsələlər limitə uyğun tənzimlənir, futbolçular yetişdirilir və ya yerli istedadlar komandaya cəlb edilirdi. Paralel olaraq bir çox klublar isə futbol qanunlarındakı boşluqlardan istifadə edirdilər.

2015-ci ildə futbolda maliyyə böhranı yaşandı, iddialı komandalar tarixin yaddaşına köçdü. Klublar “borc” içində bata-bata yaxın keçmişin səhvlərindən dərs çıxarmadılar. 2000 legioner sifarişindən 650-700 futbolçu son 7 mövsümdə komandaların heyətində çıxış edib. Buraya “Sumqayıt”ın, digər bir-iki klubun “yerli” əcnəbiləri daxil deyil.

8 komandalı çempionatda zaman-zaman sonuncu pillələrdə qərarlaşmış “Neftçi”, “Qəbələ”, “Keşlə” 13-16(!) legionerlə çıxış edib. “Zirə” iki il öncə 15 legioner, “Sabah” son mövsümlər 14 əcnəbi… Çempionat finişə yaxınlaşır, sabahın komandası yeni legionerlərini təqdim etməkdən yorulmur. Adı da olur növbəti mövsümə hazırlıq. “Xəzər Lənkəran”, “Bakı” kimi klubların dağılmasının əsas səbəblərindən biri heyətə həddindən artıq legionerlərin cəlb olunması, maliyyə yükünün artması idi.

Əcnəbi futbolçular milliləşdirilib yığmaya cəlb edilir. Daha acınacaqlısı isə eddilərin Azərbaycana gətirilməsidir. İndi də nazarovlar müzakirə edilir. Onlar xaricdə oynadıqları üçün milliləşdirilmişdilər. Şeydayev özümüzünkü olsa da, Azərbaycana gətirilməsi və karyerasına zərbə vurulması dərs olmadı. Belə yanaşma, strategiya ilə Azərbaycan futbolunun dirçəlməsi çətin görünür…

Dünənə kimi klubların çoxu müstəqil idi. Bir tərəfdən AFFA inkişafı təmin edəcək qərarlar qəbul etmirdi, digər tərəfdən də yerli mentalitetə uyğun oliqarxlarla, vəzifədə olanlarla danışmaq, futbolu izah etmək də çətin olurdu. Pulları varsa, deməli, futbolu hamıdan yaxşı bilirlər təfəkkürü bu gün də beyinlərdə kök salıb, davam etməkdədir…

İmkanlı klublar tarixin yaddaşına köçüb, artıq komandaların çoxu AFFA xətti ilə maliyyələşir. Hətta “Qəbələ”nin büdcəsinin 70 faizindən çoxu federasiyadan ödənilir. Az-çox müstəqilliyini qoruyan bəzi klublar da dağılmış komandaların yolu ilə gedirlər…

Ümumi futbol strategiyası olmadığı, nəzarət edilmədiyinə görə “Neftçi”dən limitin aradan götürülməsi təklif-tələbi irəli sürülür, futbolçu yetişdirmək əvəzinə digər klublarla birgə milliləşdirilmişlərin arxasınca qaçılır. “Keşlə” legionerləri əlcək kimi dəyişir, “Səbail”də ümumi legioner istifadəsi 40-a yaxınlaşır, “Sumqayıt” popoviçlərlə ikinci dövrəsini vurur. Quzanlı stadionu da “Qarabağ”ın uşaq futbol akademiyasının yolunu gözləyir…

“Klublar futbolçu yetişdirməlidir…” Belə münasibətlə, milliləşdirilənlərlə, hər mövsüm 10-15 legioner transfer etməklə klublarda futbolçu yetişməz! Bu qədər əcnəbi ilə hədəf qruplar olmalıdır. Olmursa, olmayacaqsa, bu, milyonların çölə atılması deməkdir.

Uşaq-gənclər futboluna üzdən yanaşıb 8 komandalı çempionatda 10-15 legionerlə boş tribunalar önündə 2-7-ci yerləri bölüşdürmək Azərbaycan futbolu adına nə xeyir verir? Bu azmış kimi, düşüncələrdə xaricdə futbolun “Sinqapur layihələri” axtarılır….

15 il öncə “Sabahın ulduzları” layihəsini ərsəyə gətirdik, 2006-cı ildə turnir nümunəvi yarış olaraq UEFA-nın xüsusi diplomu ilə təltif edildi.

“Bakı”, “Neftçi”, “İnter” klubları, “Neftçi” İK, “Vətən” cəmiyyətləri, cəfakeş, imkansız uşaq məşqçilərimizlə, medianın təmənnasız dəstəyi ilə möhtəşəm işlər görüldü. Bu gün üzdə olan istedadlı futbolçuların əksəriyyəti o yarışdan çıxıb…

Azərbaycan futbolunda üzdə olan futbol adamlarının hamısı “Sabahın ulduzları” yarışlarının təltifetmə mərasimlərində, oyunlarında sevə-sevə iştirak ediblər. Bəzi veteranlarımızın övladları bu yarışda ilk addımlarını atıb, yetişiblər, milliyə kimi gedib çıxıblar, öz klublarının liderləri, aparıcı futbolçılarıdırlar.

Təəssüf ki, indi bir çoxu yarışın adını çəkməyə belə ehtiyat edir, birdən kimlərinsə xoşuna gəlməz. Süleymanovların layihəsi olduğu üçün digərlərinin də gələcək futbol “strategiyalarına” uyğun gəlmir. Eynilə yetişdirdikləri futbolçularına görə “Bakı”, “Xəzər Lənkəran”, “MKT-Araz” yaddan çıxdığı kimi…

Belə münasibətə görə ölkə futbolunda minimal şərtlərlə ərsəyə gətirilmiş, ən uğurlu, özünü sübut etmiş uşaq futbol layihəsi diqqətsiz qaldı. Neçə-neçə mahirlər, coşqunlar, bəhlullar, rahillər, emillər, məqsədlər, musalar üzə çıxa bilərdi… Çıxacaqdı da…

“Klublar futbolçu yetişdirməlidir”. Əlbəttə yetişdirməlidir! Əgər futbola münasibət dəyişərsə…. Hələ ki, uşaqlar top, forma, şərait, səviyyəli yarışlar, futbol, ən azı insani münasibət üzünə həsrətdirlər. 300-500 manat maaş üzünə həsrət qalan fədakar uşaq məşqçilərimiz kimi…

Futbolda kabinet, vəzifə, millinin baş məşqçi savaşları davam edir. Futbolun “Sinqapur modeli” layihəsi üzərində baş sındırılır. Yarım milyard (!) manatın futbolun “sabahına”, legionerlərə xərclənildiyi kimi. “Azərbaycanda futbolçu yetişmir”, “uşaq futbolu yoxdur” deməklə futbolçu yetişmir. İllər itirilsə də, futbolda qəti, strateji addımların atılması zamanıdır… Əgər futbolun gələcəyi düşünülürsə…

Hələ ki, gec deyil…

Tahir Süleymanov

Reklam
-------!>
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

blank
Dünya futbolu2022-07-01 21:22

Salahdan “Liverpul”la yeni müqavilə

blank
Dünya futbolu2022-07-01 21:01

Krivotsyuk darmadağına üzüldü

blank
Digər idman növləri2022-07-01 20:42

“Komanda hesabında Avropa çempionu ola bilərdik”

blank
Ölkə futbolu2022-07-01 20:21

“Dinamo”dan Mahir Emreliyə təbrik

blank
Ölkə futbolu2022-07-01 20:00

“Lex” “Qarabağ”la oyunlar üçün 20 futbolçu sifariş etdi

blank
Ölkə futbolu2022-07-01 19:29

“Neftçi”, “Zirə” və “Qəbələ”nin cavab matçlarının da hakimləri bəlli oldu

blank
Dünya futbolu2022-07-01 19:02

Ötən mövsümün ən yaxşı 10 futbolçusu açıqlandı

blank
Ölkə futbolu2022-07-01 18:31

“Qarabağ” Avstriyada belə hazırlaşır – VİDEO

blank
Dünya futbolu2022-07-01 18:03

Fransa klubu baş məşqçisi ilə yollarını ayırdı

blank
Dünya futbolu2022-07-01 17:45

Kvaratsxeliyanın oğlu rəsmən “Napoli”də!

blank
Digər idman növləri2022-07-01 17:31

“Zədələrim olduğuna görə millinin məşqlərinə qatıla bilmədim”

blank
Dünya futbolu2022-07-01 17:15

Poçettino 10 milyon avroya razılaşdı

blank
Dünya futbolu2022-07-01 17:00

Almaniya klubundan “Mançester Siti”yə

blank
Ölkə futbolu2022-07-01 16:46

Felipe Santos “Şamaxı”dan danışdı – “Futbolun daha ciddi adamalara ehtiyacı var”

blank
Digər2022-07-01 16:30

“Futbolinfo” MEDİA-nın qalibləri sırasında!

blank
Ölkə futbolu2022-07-01 16:17

“Neftçi” Türkiyə toplanışına 23 futbolçu ilə yollanır

blank
Dünya futbolu2022-07-01 16:03

İtaliya millisinin üzvü “Torino”dan getdi

blank
Dünya futbolu2022-07-01 15:42

“Qəbələ”nin rəqibi müdafiəçi transfer etdi

blank
Ölkə futbolu2022-07-01 15:21

“Komandadan tam razı qala bilmərik” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-07-01 15:01

Tolisso rəsmən Fransa klubunda

blank
Ölkə futbolu2022-07-01 14:40

KL: Azərbaycan klublarının oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2022-07-01 14:20

Azərbaycanlı futbolçunun komandası səfərdə darmadağına üzüldü

blank
Digər idman növləri2022-07-01 14:01

Azərbaycan cüdoçuları üçün Rumıniya sınağı

blank
Dünya futbolu2022-07-01 13:43

DÇ-2022-də yeni sistemdən istifadə ediləcək

blank
Dünya futbolu2022-07-01 13:22

“Tottenhem” braziliyalı hücumçu ilə gücləndi

blank
Ölkə futbolu2022-07-01 13:00

“Regekampfla boşanma xəbərlərimizdən bezmişəm”

blank
Dünya futbolu2022-07-01 12:30

Zidanın oğlu klubsuz qaldı

blank
Ölkə futbolu2022-07-01 12:08

“İdman və Media”da gündəm müzakirəsi – VİDEO

blank
Müsahibə2022-07-01 12:07

Stankoviç azarkeşlərə nə dedi? – “Onlar haqqında məlumatım yoxdur”

blank
Digər idman növləri2022-07-01 12:00

Reytinq: Məmmədyarov irəlilədi, Rəcəbov gerilədi

blank
Dünya futbolu2022-07-01 11:41

PSJ-dən yeni transfer

blank
Digər idman növləri2022-07-01 11:22

Boks Federasiyasının Məşqçilər Komitəsinin sədri bəlli oldu

blank
Ölkə futbolu2022-07-01 11:00

ÇL: Azərbaycan çempionu əsas mərhələdən başlayacaq

blank
Ölkə futbolu2022-07-01 10:45

“Zirə” braziliyalı hücumçu ilə müqavilə bağladı

blank
Milli komanda2022-07-01 10:30

DÇ: Azərbaycan millisi 1-ci səbətdə!

blank
Ölkə futbolu2022-07-01 10:14

“Qarabağ” “Lex”lə oyunlar üçün iştirak ərizəsini açıqladı

blank
Ölkə futbolu2022-07-01 10:00

“Qarabağ”ın “Lex”lə oyununda anşlaq gözlənilir

blank
Dünya futbolu2022-07-01 09:32

Xorvatiyalı futbolçu “Atletiko”dan ayrıldı

blank
Dünya futbolu2022-07-01 09:00

Valeri Karpinlə 4 illik müqavilə

blank
Ölkə futbolu2022-07-01 01:29

“Neftçi”dən növbəti transfer

blank
Digər idman növləri2022-07-01 00:29

Teymur Rəcəbovdan Madriddə növbəti heç-heçə

blank
Ölkə futbolu2022-06-30 23:40

“Neftçi” Bezerra ilə yollarını ayırdı

blank
Digər idman növləri2022-06-30 23:30

Çimərlik güləşçilərimiz üçün Fransa sınağı

blank
Ölkə futbolu2022-06-30 22:42

“Neftçi”də iki yeni müqavilə

blank
Dünya futbolu2022-06-30 22:27

“Zirə”nin rəqibi “Seltik”dən futbolçu transfer etdi

blank
Digər idman növləri2022-06-30 22:01

Elnurə Məmmədova Avropa çempionu oldu

blank
Ölkə futbolu2022-06-30 21:42

“Kəpəz” yoxlama oyunları üçün rəqiblərini açıqladı

blank
Digər idman növləri2022-06-30 21:26

İsgəndər Əsgərov Avropa çempionatına təyinat aldı

blank
Digər idman növləri2022-06-30 21:00

Birgül Soltanova Avropa çempionatının finalında!

blank
Digər idman növləri2022-06-30 20:35

AÇ: Azərbaycan yığmasının növbəti rəqibi bəlli oldu