Bizi izləyin

Müsahibə

Həsənzadə “Qarabağ”ı ÇL-in qrupunda görür: “Hazırkı “Şerif” illər əvvəlki gücündə deyil”

blank
blank

Azərbaycan milli komandasının sabiq qapıçısı Cahangir Həsənzadənin futbolinfo.az saytına müsahibəsi

– Hazırda bütün komandalarımız heyətlərini komplektləşdirməklə məşğuldurlar. Etdiyi transferlərlə ən çox hansı klubumuz diqqətinizi cəlb edir? Sizcə, bugünədək edilən transferləri əsas götürsək, daha çox kim güclənib?

– Hazırda bütün klublarımızda keçid dövrüdür. Yay transfer dövründə bəziləri aktiv, bəziləri isə passivdirlər. Zənnimcə, edilən transferlərə indi qiymət vermək tələsik addım olar. Çünki oyunçular meydana çıxmadan hər hansı bir söz demək doğru deyil. Avrokuboklarda iştirak edəcək təmsilçilərimiz başda olmaqla, bütün komandalarımız öz zəif və gücləndirməli olduqları mövqelərini bilirlər, buna əsasən də transferlər edirlər. Bilirəm ki, bu baxımdan kifayət qədər çətinliklər var. Hər istədiyin oyunçunu uyğun qiymətə almaq asan iş deyil. Onu da nəzərə almaq lazımdır ki, edilən transferlər mütləq məşqçinin oyun üslubuna uyğun gəlməlidir.

– Çempionlar Liqasının qrupunda oynamış “Qarabağ” bu il tarixi uğurunu təkrarlaya biləcəkmi?

– Ümid edirik ki, “Qarabağ” bu il məhz Çempionlar Liqasının qrupuna düşəcək. Şəxsi fikrimə gəlincə, bu barədə bir az əminliyim də var. Çünki keçən mövsüm bu komanda kifayət qədər yüksək nəticə göstərdi. Düşünürəm ki, “Qarabağ” builki heyəti ilə yeni uğurlara imza ata biləcək. Görürük ki, “Qarabağ” yeni transferlər edəndə mütləq keyfiyyət və futbolçunun komandanın oyun üslubuna uyğun gəlməsi məsələsinə önəm verir. Zənnimcə, bu il “Qarabağ” üçün Çempionlar Liqasının qrupuna düşmək mümkün olacaq. Hətta deyərdim ki, bəlkə də ÇL-də qrupdan çıxmağı hədəfləyəcəklər.

– Avropa Liqasında “Şerif”lə qarşılaşacaq “Zirə”dən hansı nəticəni gözləyirsiniz?

– “Zirə”yə daha münasib rəqib düşə bilərdi. Amma hazırkı “Şerif” illər əvvəlki gücündə deyil. Sözsüz ki, indiki “Şerif” Çempionlar Liqasının qrup mərhələsində oynamış komanda deyil. Düşünürəm ki, “Zirə” və “Şerif” hazırda eyni səviyyədədirlər. Rəşad Sadıqovun komandası meydanda istədiyi oyunu göstərə bilsə, ən azından “Şerif” səddini keçəcək.

– Konfrans Liqasında iştirak edəcək “Sabah” və “Sumqayıt”ın mərhələ adlamaq şanslarını necə qiymətləndirirsiniz?

– Hər ikisinin qarşılaşacağı komandalar sıradan rəqiblər deyillər. Ancaq düşünürəm ki, çətinliklə olsa belə, həm “Sabah”, həm də “Sumqayıt” bu mərhələni keçməyə qadirdir. Bunu bacarsalar, növbəti mərhələdə onları daha çətin sınaq gözləyəcək.

– Vaxtilə formasını geyindiyiniz “Neftçi”yə Roman Qriqorçukun gətirilməsini necə qarşıladınız? Sizcə, Qriqorçuk “ağ-qaralar”ı hazırkı vəziyyətdən çıxara biləcək?

– Roman Qriqorçuk özünü sübut etmiş məşqçidir, kifayət qədər yaxşı nəticələri olub. Azərbaycanda çalışdığı dönəmdə də “Qəbələ” ilə uğurlu nəticələrə imza atıb. Düzü, mən bu cür təyinatlara fərqli yanaşıram. İşə başlamamış bu təyinata qiymət vermək düz deyil. Ümid edirəm ki, Qriqorçuk “Neftçi”yə öz töhfəsini verəcək və “Neftçi”nin zirvədə qərarlaşmasına, Avropa səhnəsində layiqli yerini tutmasına kömək edəcək.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-11 23:46

“Bu, bizdə uğurlu alındı” – Rəşad Sadıqov

blank
Ölkə futbolu2024-07-11 23:37

“Zirə” sadə bir vəziyyətdə qapımıza yol tapdı” – “Şerif”in baş məşqçisi

blank
Ölkə futbolu2024-07-11 22:57

“Zirə” “Şerif”ə səfərdə qalib gəldi

blank
Dünya futbolu2024-07-11 22:44

Türkiyə Super Kubokunun keçiriləcəyi tarix və məkan açıqlandı

blank
Dünya futbolu2024-07-11 22:30

Super Liqada yeni mövsümün püşkü atıldı

blank
Ölkə futbolu2024-07-11 21:12

Azərbaycan güləşçiləri Avropa çempionatlarında 80 medal qazanıblar

blank
Ölkə futbolu2024-07-11 20:57

Azarkeşlərdən “Neftçi” rəhbərliyinə haqlı xəbərdarlıq – kluba hörmətsizlik unudulmamalıdır!

blank
Ölkə futbolu2024-07-11 20:47

“Qarabağ”ın müdafiəçisi: “Komandamızın daxilində əla əhval-ruhiyyə var”

blank
Ölkə futbolu2024-07-11 20:32

“Qarabağ”ın yoxlama görüşlərindəki növbəti rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2024-07-11 20:16

“Kəpəz” ispaniyalı oyunçu transfer etdi

blank
Ölkə futbolu2024-07-11 20:00

“Qəbələ”də məşqçi istefası

blank
Ölkə futbolu2024-07-11 19:38

“Səbail” Türkiyə klubuna məğlub oldu

blank
Digər idman növləri2024-07-11 19:19

Yığmamız AÇ-nin yarımfinalına vəsiqə qazandı

blank
Dünya futbolu2024-07-11 19:00

Kolumbiya millisinin kapitanından Amerika Kubokunda yeni rekord

blank
Milli komanda2024-07-11 18:41

Millimizin Lüksemburqla səfər matçının yeri müəyyənləşdi

blank
Ölkə futbolu2024-07-11 18:25

Radoviç “Sumqayıt”da

blank
Digər idman növləri2024-07-11 18:04

Formula 1-də sprintlərin siyahısında dəyişiklik edildi

blank
Dünya futbolu2024-07-11 17:50

Millidə klubdan daha yaxşı oynayanlar

blank
Digər idman növləri2024-07-11 17:35

Yayım hüququ 76 milyarda satılır

blank
Dünya futbolu2024-07-11 17:17

ABŞ millisi Kloppa təklif edildi

blank
Dünya futbolu2024-07-11 16:59

“Atletiko” yeni formasını təqdim etdi

blank
Müsahibə2024-07-11 16:44

Zubir: “Fransa və Səudiyyə Ərəbistanından təklifim var idi”

blank
Digər idman növləri2024-07-11 16:29

Keçmiş prezident millinin oyununu izlədi

blank
Digər idman növləri2024-07-11 16:15

Son 6 mövsümün MVP-si Olimpiadada olacaq

blank
Digər idman növləri2024-07-11 16:00

Stolüstü tennisçilərimiz Avropa çempionatında mübarizə aparacaq

blank
Ölkə futbolu2024-07-11 15:43

“Neftçi” Super Liqada çıxış edən klublarla qarşılaşacaq

blank
Digər idman növləri2024-07-11 15:35

Son oyunda da qələbə

blank
Ölkə futbolu2024-07-11 15:28

“Sabah” futbolçusunu “Şamaxı”ya icarəyə verdi

blank
AÇ-20242024-07-11 15:18

Finalda fransız ədaləti

blank
Digər idman növləri2024-07-11 15:04

Şahmat Federasiyası milli komandanın formalaşdırılması üçün əsas şərtləri açıqladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm