Dünya futbolu
“Hətta dünya çempionluğu da qərarıma təsir etməyəcəkdi”

Roberto Martines Belçika millisindən ayrılacağına çoxdan qərar verdiyini deyir. Belə ki, mundial başlamamış o, bu turnirin onun üçün sonuncu olacağını qətiləşdiribmiş.
Bu gün Xorvatiya ilə qolsuz başa çatan matçdan sonra ispan çalışdırıcı mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis pley-offa vəsiqə qazanmamalarının qərarına təsir etmədiyini deyib:
“Qərarımı mundial başlamamış vermişdim. Daha hansısa millidə işləməyəcəyəm. Bu mənim yığma komandanın başında son oyunum idi. İndi hər zamankından daha duyğusalam. Bu şəkildə işləməyə davam edə bilmərəm. Oyunçularla və digər komanda üzvləri ilə vidalaşdım. Nə olursa-olsun gedəcəkdim. Hətta dünya çempionluğu da qərarımı dəyişə bilməzdi”.
Xatırladaq ki, Roberto Martines 2016-cı ildən Belçika millisini çalışdırırdı. Onun əvvəlki iş yeri “Everton” olmuşdu.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq