Dünya futbolu
Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı
UEFA Avropa Liqasının və Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, hər iki turnirdə həftənin ən yaxşısı adına 4 namizəd var.
Avroliqada bu ada Orkun Kökçü (“Feyenoord”, Niderland), Kazemiro (“Mançester Yunayted”, İngiltərə), Antonio Adan (“Sportinq”, Portuqaliya) və Lazare Amani (“Yunion”, Belçika) namizəd göstərilib.
Konfrans Liqasında isə Gift Emmanuel Orban (“Gent”, Belçika), Yesper Karlsson (“Alkmaar”, Niderland), Bart Verbruggen (“Anderlext”, Belçika) və Carrod Bouen (“Vest Hem”, İngiltərə) namizəddirlər.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”