Milli komanda
“Həmin epizoddan sonra çox əsəbiləşdim” – Stoykoviç
Futbol üzrə Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qaşrı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldiklə oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun olacağını gözləyirdik. Amma görüş daha ağır alındı. Azərbaycan millisi yaxşı komandadır. Sürətli əks-hücumlara çıxmağı bacarır. Hesab bərabərləşdikdən sonra bizə daha çətin oldu. Qələbə qazandığımız üçün məmnunuq. Önəmli olan da budur”.
Stoykoviçin sözlərinə görə, bu gün qol buraxmaq planda yox idi: “Amma ani diqqətsizlikdən qapımızda qol gördük. Buna görə təəssüflənirəm. Həmin epizoddan sonra çox əsəbiləşdim. Sevinirəım ki, vəziyyəti düzəldə bildik”.
Baş məşqçi bu gün 2 qol vuran Aleksandar Mitroviçin şəxsi təyyarəyə layiq olduğunu söyləyib: “Amma bunun üçün pulumuz yoxdur. O, yalnız bu gün yox, hər matçda yaxşı hücumçu olduğunu sübut edib. 3 oyuna 5 qol az deyil”.
Bakını çox sevdiyini deyən mütəxəssis buraya ailəsi ilə gələcəyini vurğulayıb: “Növbəti dəfə Bakıya turist kimi gələcəyəm. Azərbaycan mənim üçün maraqlı yerdir. Bakını gəzdim, çox xoşuma gəldi. Sonuncu dəfə 2003-cü ildə burada olmuşam. Şəhər çox dəyişib. Əvvəlkindən əsər-əlamət yoxdur”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…