Digər idman növləri
Hər iki seriyada hesab 2:1 oldu
MBA-da bu gecə 2 oyun keçirilib. İlk oyunda ev üstünlüyünü əldən verən “Boston Seltiks” “Filadelfiya Siksers”lə səfərdəki ilk qarşılaşmada özünü favorit kimi göstərib.
Coel Embidin yoxluğunda qalib gəlməyi bacaran filadelfiyalılar mövsümün MVP-sinin qayıdışından sonra ardıcıl ikinci dəfə məğlub olublar. Boston komandasının heyətində keçən görüşdə qeyri-məhsuldarlığı ilə yadda qalan Ceyson Teytum bu dəfə 27 xal toplayıb. Komandanın əsas snayperlərindən olan Braun da görüşü yüksək səviyyədə keçirib. Filadelfiya komandasında Embidlə bərabər Harden də dabl-dabl edib. Lakin Ceymsin məhsuldarlığı elə də yaxşı olmayıb.
Maraqlıdır ki, seriyanın ilk oyununda 45 xal toplayan Hardenin sonrakı iki görüşdə 28 cəhddən yalnız 5 dəqiq atışı var. “Seltiks”in baş məşqçisi də oyun sonrası mətbuat konfransında “Filadelfiya Siksers”in pleymeykerinə qarşı xüsusi hazırlıq işi gördüklərini dilə gətirib. Bu qələbədən sonra (112:104) “Boston Seltiks” seriyada önə keçib – 2:1.
Gecənin digər qarşılaşması Qərb konfransında olub. Denverdəki ilk 2 oyunda məğlubiyyətlə üzləşən “Finiks Sans” ilk ev oyununda qalib gəlib.
Qazanılan qələbədə ən böyük pay Buker və Dürantın üzərinə düşür. Buker görüşü 47 xalla tamamlayıb. Dürantın isə aktivində 39 xal, 9 ribaund və 8 assist var. O, MBA tarixində play-offlarda ən çox xal toplayanların siyahısında 7-ci yerə yüksəlib. Qonaq komandada Mürrey 32, Nikola Yokiç isə 30 xal toplayıb.
Bu qələbədən (121:114) sonra finikslilər seriyada fərqi minimuma endiriblər – 1:2. Qarşıdakı oyun da “Sans”ın meydançasında keçiriləcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var