Milli komanda
“Hər kəsi Qazaxıstanla oyuna dəvət edirik” – Dadaşov
“Qələbə qazandığımız üçün çox şadam”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Renat Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda “CBC Sport”a açıqlamasında deyib.
Qarşılaşmada ilk qolun müəllifi olan 23 yaşlı hücumçu yaxşı oynadıqlarını bildirib:
“Bütün matçlara qalibiyyət üçün çıxırıq. Qazaxıstanla görüşdə də yaxşı nəticə əldə etmək istəyirik. Hər kəsi bu oyuna baxmağa dəvət edirik”.
Sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”