Ölkə futbolu
“Hər kəsi səbrli olmağa, bizə güvənməyə çağırıram” – Ayxan Abbasov
“Turan Tovuz” Gürcüstan təlim-məşq toplanışını başa vurub. Futbolinfo.az xəbər verir ki, 2022/23 mövsümü üçün hazırlığın növbəti mərhələsini Tiflisdə həyata keçirən komanda 10 günlük təlim-məşq toplanışı dövründə 3 yoxlama oyununda qüvvəsini sınayıb.
“Merani” və “Qaqra”nı məğlub edən “Turan Tovuz” Tiflis “Dinamo”suna uduzub. Baş məşqçi Ayxan Abbasov Gürcüstan toplanışını dəyərləndirib:
“Bu təlim-məşq toplanışı bizim üçün vacib idi. Yeni formalaşan komandayıq. Çempionatın başlamasına az qalıb. Qısa müddət ərzində Gürcüstan yüksək liqa komandaları ilə oyunlarda futbolçuların bir-birinə uyğunlaşması, səhvlərimizi görmək baxımından çox vacib toplanış oldu. Yüksək tempdə hazırlaşdıq. Kiçik zədələrimiz də oldu, xüsusən Şakir Seyidovun zədələnməsi işlərimizə bir qədər mane oldu. Bütün heyyət ideal formaya yaxınlaşmaq üçün istəklə çalışdılar. Bütün futbolçuları sınaqdan keçirmək imkanımız oldu. Heyətdə olan gənc futbolçularımız da güclü rəqiblərə qarşı özlərini müsbət tərəfdən göstərə bildilər.
Əlbəttə, belə toplanışlarda nəticə önəmli deyil. Çempionat oyunları hamı üçün çox çətin keçəcək. Oturuşmuş heyətə malik rəqiblərlə oynayacağıq. Lakin ümid edirəm ki, layiqli mübarizə aparmağa gücümüz çatacaq. Bu gün Tiflis toplanışını başa vurub vətənə qayıdırıq. 2 gün istirahətdən sonra Tovuzda yenidən bir araya gəlib “Qəbələ” ilə oyunun hazırlığına başlayacağıq.
Komanda 9 ildən sonra Premyer Liqaya vəsiqə qazanıb. Qısa müddətdə bəzi problemlər oldu. Təlim-məşq toplanışının tez bir zamanda təşkil olunmasında klub rəhbərliyinə, şəxsən Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədova təşəkkürümü bildirmək istəyirəm.
Səbrsizliklə azarkeşlərimizin qarşısında keçirəcəyimiz ev oyunlarını gözləyirik. Hər kəsi səbrli olmağa, bizə güvənməyə və dəstəkləməyə çağırıram”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?