Dünya futbolu
Haaland top üçün darıxıb: “Mundial hər futbolçunun arzusudur”
Əksər dünya ulduzları mundialda oynarkən Erlinq Haaland vaxtını istirahətə sərf edir. “Mançester Siti”nin hücumçusu durumundan məmnundur, amma həm də Qətərə getməməyin təəssüfünü yaşayır.
Futbolinfo.az xəbər verir ki, norveçli ulduz Dünya Çempionatı haqda təəssüratlarını bölüşüb: “Özümə gəlmək, yorğunluğu üzərimdən atmaq üçün əla fürsətdir. Amma mundialda iştirak etmək hər futbolçunun arzusudur. Orada ölkəmi təmsil etmək xəyalımdır və arzumu gerçəkləşdirmək üçün daha çox çalışacam. Bununla belə, fasilə dönəminin mənim üçün xoş keçdiyini də vurğulamalıyam”.
Haaland futbol üçün darıxdığını sözlərinə əlavə edib: “Dincəlmək, 1-2 həftə futboldan kənar qalmaq yerinə düşdü. Amma artıq top üçün darıxıram. Tez bir zamanda qayıtmaq üçün səbirsizəm. Meydanlara möhtəşəm dönməliyəm”.