Dünya futbolu
Haland mövsümün ən yaxşı oyunçusu elan edildi
İngiltərə Premyer Liqasında bu mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu ada “Mançester Siti”nin və Norveç yığmasının hücumçusu Erlinq Haland layiq görülüb.
O, bu mükafata elitada mübarizə aparan 20 klubun kapitanı və xüsusi ekspertlər qrupu arasında keçirilmiş səsvermə nəticəsində layiq görülüb. Haland səsvermədə komanda yolaşı Kevin De Breyneni, eləcə də Harri Keyn (“Tottenhem”), Martin Edeqor, Bukayo Saka (hər ikisi – “Arsenal), Markus Raşford (“Mançester Yunayted”) və Kiran Trippyeri (“Nyukasl”) geridə qoymağı bacarıb.
Haland cari mövsümdə “Mançester Siti”nin heyətində Premyer Liqada 35 oyuna çıxıb, 36 qol vurub, 8 məhsuldar ötürmə edib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…