Ölkə futbolu
“Hamısı cəfəngiyyatdır” – Romao əsas heyətə düşmək üçün çalışır

“Qarabağ”ın futbolçusu Julio Romao Ağdam klubunun onu icarəyə göndərəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Futbolinfo.az-a açıqlama verən yarımmüdafiəçi bu xəbərləri şayiə adlandırıb:
“Ümumiyyətlə, bunlar şayiədir. Belə bir şey eşitməmişəm, klubdan da heç kəs mənə bir söz deməyib. Hamısı cəfəngiyyatdır. Baxmayaraq ki, hələ əsas heyətdə oynamıram. Amma bunun üçün çalışıram. Məşqlərdə əlimdən gələni edirəm. Çalışıram ki, əsas heyətdə özümə yer edim”.
“Sambaçı” Misli Premyer Liqasının 15-ci turunda “Zirə”yə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Mənə elə gəlir ki, “Zirə” bu dəfə bizə qarşı tamam fərqli əhval-ruhiyyədə çıxacaq. 7:1 kimi böyükhesablı qələbəni təkrarlamaq çətindir. Bizim məqsədimiz meydandan qələbə ilə ayrılmaqdır”.
