Bizi izləyin

Premyer-liqa

“Hansısa hakim səhvindən danışmaq haqsızlıq olar” – Rəşad Sadıqov

blank

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Sabah” 14-cü xalını qazandı, amma hamı mənimlə razılaşar ki, rəqib daha çoxuna layiqdir. Çempinatın sonunda mövsümü üst pillələrdə başa vura bilərlər. Visente Qomes yaxşı komanda formalaşdırıb. Rəqib bu gün taktiki cəhətdən ağıllı oynadı. Erkən qol vurduqdan sonra daha da ehtiyatlı oynamağa başladılar. Biz ilk hissədə müdafiəni yarmaqda çətinlik çəkirdik. Onların əks-hücumları çox təhlükəli idi. Əks-hücumdan ikinci qolu buraxmaq istəmirdik. Hissəni 0:1 hesabı ilə geridə başa vurduq. İkinci yarıda isə bəzi dəyişikliklər etdik. Rəqib üzərində təzyiqi artırmağa başladıq. Qol vurduqdan sonra rəqib hücuma atıldı və yenidən önə keçdilər. Sonda hesabı bərabərləşdirə bildik. Çox dramatik oyun alındı. Səhv etmirəmsə, oynadığımız 15 turun 7-8-də 3:2, 2:3 hesabları qeydə alınır. Matçlarımız gərgin, maraqlı və baxımlı olur. Bu da məni sevindirir. Azarkeşlər oyundan zövq alırlar. İkinci yarıda komandamız xarakter göstərdi. 5 gün içində “Neftçi” ilə iki ağır oyun keçirmişdik. Kollektivin yorğun olduğunu bilirdim, həftəiçi də bunu sezirdik. Bəlkə də, bu gün ədalətli nəticə heç-heçə idi. Hər iki komandanın futbolçularını, əsasən də, ikinci hissədəki möhtəşəm oyuna görə təbrik edirəm. Düzdür, 5-10 dəqiqə içində aldığım mesajlarda bildirilir ki, penalti epizodu yüz faizlik idi. Amma epizoda təkrar baxmaq lazımdır. Hər iki komanda meydanda elə əzmkarlıq, fədakarlıq göstərdi ki, hansısa hakim səhvindən danışmaq haqsızlıq olar.

Bu cür oyunlarla, sürətlə, templə ölkə futbolu inkişaf edə bilər. “Sabah” bu mövsüm artıq üçüncü sistemdə çıxış edir. Baxırsan ki, futbolçular da yeni sistemə qısa müddətdə uyğunlaşa bilirlər. Bunların hamısı sevindirən amillərdir. Bəzən futbolçularımız bu çətinliyi yaşayırlar. Xüsusən də, milli komandalarda. Adətən oyundan-oyuna sistemdə dəyişiklik edəndə futbolçular buna gec uyğunlaşırlar. Biz isə bu gün iki fərqli sistemlə oynadıq. Əslində matçdan əvvəl rəqibi təhlil edəndə gördük ki, son matçlarda 5-4-1 taktikası ilə çıxış edib. Məqsədimiz birinci hissədə 5-4-1-lə mübarizə aparıb, rəqibin səhvini gözləyib, bundan faydalanmaq idi. Bilirdim ki, komandamın 90 dəqiqə tam intensiv futbola gücü çatmayacaq. Buna görə də, ehtiyatlı oynamalı idik. İkinci hissədəki tempi ilk dəqiqələrdən göstərsəydik, böyük ehtimalla görüşün sonlarında dayanacaqdıq. Ağabala Ramazanovu zədədən sonra ilk dəfə meydana buraxdıq. Filipe Paxtman da 30-35 dəqiqə çıxış etmək gücündədir. Bütün bunları nəzərə almışdıq. Rəqibin erkən qolu planlarımızı alt-üst etdi. Fasiləyə qədər qol buraxmamaq çox vacib idi. İlk yarıda hesabı bərabərləşdirmək alınmasa da, ikinci topu buraxmadıq. İkinci hissədə Hacıağa Hacılını meydana buraxmaqla sistem dəyişikliyinə getdik. Əslində buraxdığımız ikinci topda Hacıağa topu yaxşı uzaqlaşdırmışdı. Sadəcə, top Kevin Kubembanın ayağına uğurlu düşdü. O da usta futbolçudur, əlinə düşən bu şanslardan yaxşı istifadə edir. Ümumiyyətlə, “Sabah”a şərait yaratsan, dərhal fərqlənmək bacarığı olan futbolçuları var.

Gəldiyim ilk gündən oyunçuların taktiki cəhətdən daha elastik olmalarına çalışıram. Məsələn, bu gün sistemi dəyişməsəydik, rəqib üzərində üstünlük yaratmağımız çətin olardı. Bəlkə sabah yenə sistemi dəyişəcəyik. Bunlara hazır olmaq lazımdır. İndidən növbəti rəqibə qarşı necə oynayacağımızla bağlı fikir bildirməkdə çətinlik çəkirəm. Rəqibi və öz oyunumuzu təhlil etmək şərtdir. Cürbəcür sistemlərdən istifadə etməyi xoşlayıram. Futbolçuların bunu qavramaları və tez reaksiya vermələri sevindiricidir”.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-25 11:01

Xavinin qalacağı təsdiqləndi

blank
Dünya futbolu2024-04-25 10:44

Premyer Liqada yeni antirekord

blank
Ölkə futbolu2024-04-25 10:27

“Qarabağ” “Neftçi”yə çatdı

blank
Ölkə futbolu2024-04-25 10:10

Sxadadzenin və “Neftçi”nin fiaskosu

blank
Premyer-liqa2024-04-25 09:55

Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-04-25 09:38

“Zirə” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-25 09:21

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm