Bizi izləyin

Ölkə futbolu

Heç-heçəsiz davam: Tur qonaqların diqtəsi ilə keçir

blank
blank

3 oyun, hamısında da qonaqların qələbəsi – Azərbaycan Premyer Liqasının 2-ci turunun tablosu belədi. Güman ki, bu gün vəziyyət dəyişəcək. “Qəbələ” ilə “Neftçi”nin favorit olduğu matçlarda seriyanın davam etməsi mümkünsüz görünür.

Əslində, belə gedişat hələ Sumqayıtda bitə bilərdi. “Sumqayıt” “Qarabağ”la matçda çox yaxşı futbol sərgilədi, xala da layiq idi. Amma son dəqiqələrdə ağdamlıların təcrübəli futbolçuları nəticəni dəyişməyi bacardı. Eksperimental heyətlə meydana çıxan çempion, yalnız əsas heyət üzvlərinin meydana çıxmasından sonra vacib qələbəni qazandı. Oyuna əlavə olunmuş vaxtda reallaşan hər iki qolun oyuna sonradan girənlərin ötürmələriylə vurulması faktı hər şeyi deyir.

Düzdü, “Qarabağ” matç boyunca “Sumqayıt”dan daha yaxşı təsir bağışlayırdı. Lakin “kimyaçılar”ın əks-hücumları effektiv alınırdı, bir neçə epizodda qol vurmaq şansı qazandılar, hətta Filip Ozobiçin qapı xəttindən çıxardığı top bəlkə də matçın qırılma anı idi. Bundan sonra Qurban Qurbanov ardıcıl əvəzləmələrə başladı, əsas futbolçular oyuna girincə isə vəziyyət dəyişdi.

Aleksey Baqa “Sumqayıt”da uğursuz işi ilə yadda qalsa da, dünən komanda yaxşı oyun sərgilədi. Belaruslu bir növ Ayxan Abbasovun vaxtındakı futbolu qaytarmağa cəhd edir. “Sumqayıt” dinamik oynayanda isə həm azarkeşlərə zövq verir, həm də rəqiblərə çətin anlar yaşadır. Dünən tribunaları dolduran azarkeşləri sevindirmək mümkün olmasa da, oyuna gələnlər yaxşı oyundan məmnun qalmalıdı.

Təəssüf ki, nəticələr pisdi. 2 turdan sonra qolsuz və xalsız qalan “kimyaçılar” autsayderdi. Bu vəziyyət əlavə təzyiqə səbəb olmasa, komanda dünənki kimi oynamağa davam etsə, xallar da gələcək.

Daha bir autsayder “Səbail” haqda bir o qədər inamlı danışa bilməyəcəyik. Bayıllılar hətta top fərqində daha öndədi, ancaq komandanın oyun üslubunun formalaşması daha çox zaman alacaq. Tamamilə yenidən qurulan heyətdə yaxşı futbolçular olsa da, Mahmud Qurbanov hələlik istədiyini ala bilmir.

Ötən tur “Qarabağ”a məğlubiyyət başadüşülən idisə, debütant “Turan Tovuz”a təslim olmaq rəhbərliyin xoşuna gəlməyəcək. Qərblilər oyunçu keyfiyyəti baxımından bakılılara uduzsa da, dünən məhz matça düzgün köklənmə sayəsində qələbə əldə etdi. Ağıllı müdafiə, əks-hücumlarda yaxşı oyun sayəsində qonaqlar vacib qolu vurmağı bacardı.

Mahmud Qurbanov rəqibin yaxşı müdafiə olunduğunu və buna çarə tapa bilmədiklərini etiraf etdi. Əslində, tovuzluların müdafiəsinin rahat oynamasının səbəbi “Səbail”in öndə ağırlığını qoya bilməməsi idi. Ayxan Abbasovun yetirmələrinin yüksək səviyyədə oynadığını deyə bilmərik, komanda hələ çox artırmalıdı. Sadəcə, “Turan Tovuz” oyuna daha yaxşı motivasiya olunmuşdu və daha çox döyüşdü, qələbəni də bunun sayəsində qazandı.

Qərb təmsilçisi bu 3 xal sayəsində xeyli rahatlaşdı, təzyiqi üzərindən atdı. Növbəti turda “Qarabağ”la matç təxirə salındığından hazırlaşmaq, komanda oyununu yaxşılaşdırmaq üçün yaxşı imkan var. Yeni transferlərin uyğunlaşması üçün də bu fürsət göydəndüşmədi. Amma Abbasov müdafiənin mərkəzinə, eləcə də yarımmüdafiəyə daha bir normal legioner gətirsə, pis olmaz. Komandanın ehtiyat qüvvəsi yetərsizdi və qarşıdakı turlarda çətinliklər qaçılmaz olacaq.

Maraqlı olan odur ki, heç-heçəsiz davam edən çempionatda cəmi 8 matç baş tutub və 6 komanda xal itkisi ilə tanış olub. Yalnız 4 komanda yüzfaizli nəticəylə irəliləyir ki, onlardan da ikisi bu gün meydana çıxacaq.

ŞAHSUVAR

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm