Digər idman növləri
Helmut Marko: “Problemləri bilirik, aradan qaldıracağıq”

Dünən Formula 1-də keçirilən sərbəst yürüşlərdən sonra “Red Bull” komandası maşından razı deyildi. Komandanın məsləhətçisi Helmut Marko əmələ gələn problemlər haqqında danışıb.
Futbolinfo.az xəbər verir ki, Marko deyib: “Problemlər sazlanmalarla əlaqəli idi. Çərşənbə günü simulyatorda işləyərkən həmin sazlanmaları tapmışdıq və onları bolidlərə köçürdük. Simulyatorda yaxşı təsir bağışlayırdı, lakin trasda nəticə vermədi. Lakin düzəlişlərimizi etmişik və indi düz yolda olduğumuzu düşünürük. Sazlanmalar hələ ki, optinal deyil, amma nə etmək lazım olduğunu çox gözəl anlayırıq”.
Marko əsas rəqibi də tanıyır: “Əsas rəqibimiz Leklerdir. “Ferrari” yavaş döngələrdə güclüdür. Hamıdan da yaxşı sürətlənirlər. “Mercedes”də Həmilton sürətli olsa da , Rasselin problemləri var idi. Alonso trafik səbəbilə sürətli dövrə vura bilmədiyindən qapalı qutu idi. Əslində, biz də trafikə görə sürətimizi göstərə bilməmişdik”.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə