Bizi izləyin

Layihə

Heydər Əliyev və idman

blank
blank

“Heydər Əliyev İli”, X yazı: Ulu Öndərin olimpiya hərəkatına töhfəsi

Bundan əvvəlki yazılarımızda Heydər Əliyevin idmana qayğısının hansı səviyyədə olduğunu əks etdirə bildik. Ümummilli Lider bütün idman yarışlarının ən yüksək zirvəsi kimi Olimpiya Oyunlarının olduğunu çox gözəl bilirdi. Bu səbəbdən də Azərbaycan idmançılarının olimpiadalarda uğurla çıxışına azarkeşlik etmiş və bunun üçün heç bir şeyi əsirgəməmişdi.

Olimpiya Oyunlarından əvvəl verilən sərəncamlar Heydər Əliyevin bu yarışlara necə xüsusi diqqət ayırdığından xəbər verir. 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndərin dönəmində ilk belə oyunlar Atlantadakı olimpiada idi. Həmçinin Azərbaycan da ilk dəfə məhz ABŞ-də müstəqil ölkə kimi təmsil olunurdu.

Ölkəmiz üçün bu tarixi hadisənin reallaşdırılması ilə Heydər Əliyev şəxsən böyük ciddiyyətlə maraqlanır, bununla bağlı çətinliklərin həllini özü təşkil edirdi. Həmin məqsədlə 1995-ci ilin fevralında ölkə prezidenti “1996-cı ildə Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində keçiriləcək XXVI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncam imzalamış, sərəncama əsasən Atlanta Olimpiadasına hazırlıq məqsədilə Təşkilat Komitəsi yaradılmış və hazırlıqla bağlı bütün problemlərin həllini dövlət öz üzərinə götürmüşdür. Olimpiya Oyunlarına hazırlıq Heydər Əliyevin sayəsində daim yüksək səviyyədə aparılmış, təlim-məşqlər, texniki təchizat məsələləri dövlət büdcəsindən maliyyələşdirilmiş, hazırlığı yüksək səviyyədə başa çatdırmaq və yığma komandanın Olimpiadada iştirakını təmin etmək üçün prezidentin sərəncamı ilə dövlət komissiyası yaradılmışdı.

1996-cı il iyulun 19-dan avqustun 4-dək keçirilən bu oyunlar Azərbaycan idmançılarının üçrəngli bayrağımız altında qatıldığı ilk olimpiada idi. İlk dəfə açılış mərasimində Azərbaycanın adı səslənəcəkdi. İdmançılarımızın qazanacaqları uğurlar isə tarixdə ilk dəfə olaraq ölkəmizin adına yazılacaqdı.

XXVI Olimpiya Oyunlarına hazırlıq 1994-cü ildən başlayaraq 1996-cı il iyun ayının 29-da “Gənclik” beynəlxalq turizm mərkəzində yolasalma mərasimi ilə başa çatdı. İdmançıların yola salınmasında iştirak edən Heydər Əliyev söylədiyi nitqində xalqımızın etnogenetik kökləri etibarilə dünyanın ən sağlam millətlərindən olmasından söhbət açmaqla idmançılarımızı mənəvi və psixoloji nikbinliyə köklədi: “İlk dəfədir ki, Olimpiya Oyunlarında müstəqil Azərbaycanın yığma komandası iştirak edir. Mən heç şübhə etmirəm ki, gələn Olimpiya Oyunlarında müstəqil Azərbaycanın yığma komandası sayca bundan da çox, keyfiyyətcə daha yüksək olacaqdır. Çünki xalqımız genetik cəhətdən sağlam bir xalqdır. Fiziki güc və sağlamlıq mənəvi sağlamlıqla birlikdə Azərbaycan xalqına xas olan xüsusiyyətdir. Bu xüsusiyyət bizim qanımızda qalıbdır. Keçmiş dövrlərdə də, əsrlərdən əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdirənlərimiz olubdur. Ancaq məlum səbəblərə görə onlar yalnız öz ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıbdır. İndi isə xalqımızın, millətimizin bu imkanları dünyada nümayiş etdirməsi fürsəti qazanmışıq. Bu, böyük hadisə, böyük nailiyyətdir. Şəxsən mən bununla fəxr edirəm. Hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşının bununla fəxr etməyə haqqı var”.

Ümummilli Lider idmançıların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq, onlara xeyir-dua verib ali idman yarışlarına yola saldı: “Olimpiya Oyunları dünyanın televiziya kanalları vasitəsilə hər bir yerə yayılacaqdır. Güman edirəm ki, vətəndaşlarımız da bu oyunlara maraq göstərərək televiziya verilişlərini daim izləyəcək, xüsusən də hər birimiz səbirsizliklə gözləyəcəyik ki, Azərbaycan komandası hansı gün hansı nailiyyəti qazanacaqdır.

Bu gün bütün Azərbaycan xalqı adından sizə xeyir-dua verirəm, Allah sizə kömək etsin. Yolunuz açıq olsun. Sağ-salamat gedib Atlanta şəhərinə çatasınız və orada öz idman məharətinizi nümayiş etdirə, bayrağımızı yüksəklərə qaldırasınız”.

blank

Ölkəmiz ABŞ-də 23 idmançı ilə təmsil olundu. Olimpiya Oyunlarına hazırlıq məqsədilə imzalanan sərəncamın faydasını yarışlarda görmək mümkün oldu. Məhz belə ciddi qayğının və idmançılarımızın peşəkarlığının nəticəsi olaraq Azərbaycan ilk medalını qazandı. Müstəqil və yeni yaranmış bir ölkə üçün bu gümüş medalın dəyəri həddindən artıq yüksək idi. Dövlətimizin başçısı Namiq Abdullayevin gümüş medalını məhz bu nöqteyi-nəzərdən qiymətləndirmiş, onu Azərbaycan idman salnaməsi üçün böyük nailiyyət adlandırmışdı: “Əgər olimpiadada 197 ölkənin nümayəndələri iştirak ediblərsə və bu ölkələrin əksəriyyəti daim müstəqil olubsa, hesab edirəm ki, Azərbaycan komandasının bu uğuru çox əhəmiyyətlidir və bir medalla gəlməyinizə görə heç narahat olmayın. Bu gümüş medal Azərbaycanın Olimpiya hərəkatında ilk uğurlu addımdır”.

Yay Olimpiya Oyunları ilə birlikdə qış olimpiadası da diqqətdən kənarda qalmırdı. Hələ Sovet İttifaqı dövründə Ulu Öndərin təşəbbüsü ilə qış idman növlərinin inkişafı üçün baza yaradılması istiqamətində addımlar atılmışdı. Bakıda tikilib istifadəyə verilmiş idman sarayında fiqurlu konkisürmə bölməsi yaradılmışdı. Bu faktlar ölkədə qış idman növlərinə də marağın varlığından xəbər verirdi. Lakin cənub ölkəsi olduğu üçün Azərbaycanda qış idman növlərinin inkişafı üçün elə də böyük imkanlar yox idi. Buna baxmayaraq, 1998-ci ildə baş tutan olimpiadadan kənarda qalmaq olmazdı. Yaponiyanın Naqano şəhərində keçirilən oyunlarda ölkəmiz 5 idmançı ilə təmsil olunur. Əsas prinisipi bu oyunlara qatılmaq olan ölkəmiz öz adını Qış Olimpiya Oyunlarda iştirak edən ölkələr siyahısına qatmaqla tarix yazdı.

Naqanoda məqsəd iştirak idisə, 2000-ci ildə keçiriləcək Sidney Olimpiya Oyunlarında əsas vəzifə heyəti genişləndirmək və medalların sayını artırmaq idi. Bu məqsədlə də ölkə başçısı XXVII Olimpiya Oyunlarına hazırlıqla bağlı sərəncam imzaladı.

2000-ci il avqust ayının 25-də dövlətimizin başçısının iştirakı ilə idmançıların Avstraliyaya yolasalma mərasimi baş tutdu. Həmin mərasimdə prezident yenə də Atlanta oyunlarına yolasalma tədbirindəki kimi idmançılarımıza xeyir-dua verdi. Heydər Əliyev Olimpiya Oyunlarının əhəmiyyətini vurğulayaraq idmançıların çox məsuliyyətli bir işlə məşğul olduğunu bildirdi. Prezident özünün keçirdiyi qürur və fərəh hissini idmançılara da aşıladı. İdmançıların gözü qarşısında Azərbaycan bayrağının qaldırılması mənzərəsi canlandı, qulaqlarında himni səsləndi.

blank

Ölkəmiz Sidneydə 2 qızıl və bir bürünc medal qazanmaqla 199 ölkə arasında 34-cü sırada yer tutdu. Azərbaycana qələbə ilə qayıdan idmançılar hər yerdə böyük sevinc və rəğbətlə qarşılandılar. Oktyabrın 18-də Heydər Əliyev Sidneydən qayıtmış nümayəndə heyətini qəbul etdi. Bu gün təsadüfi seçilməmişdi. Həmin gün ölkəmizin müstəqilliyinin 8 ili tamam olurdu. Prezident sarayında keçirilmiş xüsusi görüşdə Olimpiya mükafatçıları və onların məşqçiləri dövlət mükafatları ilə təltif edildilər. Medal qazanıb-qazanmamasından asılı olmayaraq, olimpiadada iştirak etmiş bütün idmançılar mükafatlandırıldılar.

Olimpiyaçılarla birlikdə paralimpiyaçılar da diqqətdən kənarda qalmırdılar. Heydər Əliyev bunun çox həssas bir məsələ olduğunu çox gözəl anlayırdı. Bu səbəbdən də Sidneydə əsas yarışlardan sonra keçirilən Paralimpiya Oyunlarda iştirak edən idmançılarımız da mükafatlara layiq görüldülər. Yeni yaranmış bir ölkədə, problemlərin kifayət qədər olduğu yerdə idmana diqqətin bu qədər yüksək səviyyədə olması Heydər Əliyevin bilavasitə sevgisindən irəli gəlir. Məhz bu sevgi sayəsində yeni yaranan bir dövlətdə gələcək uğurların əsası qoyuldu. Atılan addımlar gələcəkdə qazanılacaq idman uğurlarının özülünü təşkil etdi.

(IX yazı ilə bu linkdən tanış ola bilərsiz)

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Dünya futbolu2023-09-16 08:29

Dadaşovlu “Dinamo”dan darmadağın

blank
Premyer-liqa2023-09-16 08:00

“Kəpəz” “Səbail”ə, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2023-09-16 01:15

“Alaves” səfərdən xalsız döndü

blank
Dünya futbolu2023-09-16 01:02

PSJ doğma meydanda uduzdu

blank
Dünya futbolu2023-09-16 00:42

“Qarabağ”ın rəqibindən “Bayern”lə məhsuldar heç-heçə

blank
Ölkə futbolu2023-09-15 23:45

“Zəngəzur” Avropa kubokunun yarımfinalında

blank
Ölkə futbolu2023-09-15 23:20

Hüseynov darmadağını kənardan izlədi

blank
Ölkə futbolu2023-09-15 22:55

“Qarabağ” – “Molde” oyununun biletləri satışa çıxarılacaq

blank
Milli komanda2023-09-15 22:25

“Üç xalı itirən tərəf biz olduq” – Borisov

blank
Milli komanda2023-09-15 21:52

Millimiz məğlubiyyətlə başladı

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:30

“Daha artığını etmək lazım idi” – Samir Abasov

blank
Premyer-liqa2023-09-15 20:06

“Qərəz olduğuna inanmıram” – Rəşad Sadıqov

blank
Digər idman növləri2023-09-15 19:34

Voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb

blank
I Liqa2023-09-15 19:15

“Qaradağ Lökbatan”la “Şamaxı”dan heç-heçə

blank
Premyer-liqa2023-09-15 18:59

“Zirə” “Sumqayıt”ı məğlub yola saldı

blank
Ölkə futbolu2023-09-15 18:20

Şeydayevdən iki məhsuldar ötürmə

blank
Digər idman növləri2023-09-15 17:58

Dünya çempionatı başlayır: rusların qayıdışı nəticələrə təsir göstərəcək

blank
Digər idman növləri2023-09-15 17:44

Basketbol yığmamız dünya reytinqində gerilədi

blank
Digər idman növləri2023-09-15 17:33

Milyarder qızından inamlı qələbə

blank
Digər idman növləri2023-09-15 17:14

AÇ-də gümüş medal qazanan Azərbaycan millisi təltif edildi

blank
Dünya futbolu2023-09-15 17:00

“Arsenal”da vida olacaq

blank
Digər idman növləri2023-09-15 16:47

“Maklaren” yalnız bir maşınını yeniləməyə macal tapdı

blank
Ölkə futbolu2023-09-15 16:30

AFFA cərimə olunmayıb

blank
Digər idman növləri2023-09-15 16:10

AÇ: Azərbaycan şahmatçıları komanda hesabında birinci oldular

blank
Digər idman növləri2023-09-15 15:55

Azərbaycan qılıncoynadanları Antalyada hazırlıq keçirlər

blank
Ölkə futbolu2023-09-15 15:38

Yığmamızın növbəti oyununun hakimləri açıqlandı

blank
Ölkə futbolu2023-09-15 15:20

“Sumqayıt”a kəsilən cərimənin detalları

blank
Dünya futbolu2023-09-15 15:01

Avqustun ən yaxşıları

blank
Dünya futbolu2023-09-15 14:44

Fransa klubundan Mərakeşə dəstək

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

Facebook

Gündəm