Dünya futbolu
İcarədən qayıtdı, yenidən icarəyə göndərildi
İspaniya millisinin yarımmüdafiəçisi Qonsalo Vilyar icarə əsasında formasını geyindiyi İtaliyanın “Sampdoriya” klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu “Roma”ya qayıdıb.
Lakin paytaxt təmsilçisi onu yenidən icarəyə verib. İspaniyalı futbolçu ölkəsinə qayıtmağa qərar verib. O, bundan sonra “Xetafe”nin uğurları üçün çalışacaq. Vilyarın bu mövsümün sonunadək satınalma şərti daxil olmaqla icarəyə götürüldüyü diqqətə çatdırılıb.
Vilyar 2020-ci ilin yanvarında “Elçe”dən “Roma”ya transfer olunub. O, bu komandanın heyətində 64 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. Joze Mourinyonun gəlişindən sonra “canavarlar”ın heyətində şans qazana bilməyən futbolçu ötən mövsümdə də “Xetafe”də icarədə oynamışdı. O, La Liqa təmsilçisində 10 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi bu mövsüm “Sampdoriya”da da 16 oyun keçirib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…