Ölkə futbolu
İcraiyyə Komitəsi üçün zəngin Gündəlik

AFFA İcraiyyə Komitəsi (İK) iyunun ilk yarısında bir araya gələcək. Qurum ayın 10-15-i aralığında toplaşmağı lazım bilir.
Futbolinfo.az xəbər verir ki, İK-nın budəfəki iclasında Gündəlik zəngin olacaq. Son mövsümün yekunları, yeni çempionatla bağlı qərarlar gözlənilir. Misli Premyer Liqasında komanda sayının müzakirəsi, həmçinin I və yaradılması nəzərdə tutulan II Divizionla bağlı mühüm qərarlar olmalıdır. Əvəzedicilərin çempionatı üçün klublara əlavə vəsaitin ayrılması da müzakirə olunacaq.
Bütün bunlardan başqa, futzalla bağlı da müəyyən qərarlar gözlənilir. Həm də İK üzvü olan Futzal Federasiyasının prezidenti Zaur Axundov büdcə artımı ilə bağlı müraciət edib. O, bu idman növünə diqqət ayrılmayacağı, klubların sayının artırılması üçün şərait yaradılmayacağı halda istefa vermək fikrində olduğunu bildirib.
Bir çox digər məsələlərin müzakirəsinin də nəzərdə tutulduğu iclasda əsas diqqət Premyer Liqada iştirakçı sayına yönələcək. AFFA-nın baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov israrla 10 komandalı çempionata davam edilməsini, sonuncu pillənin sahibinin Divizionun qalibi ilə əvəzlənməsini istəyir. İK üzvlərinin qərarı maraqla gözlənilir.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat