Bizi izləyin

Ölkə futbolu

İcraiyyə Komitəsinin natamam qərarları: 29 aprel şərtləri qüvvədədirmi?

blank
blank

Özünüifşa reallaşdı. Dünən AFFA İcraiyyə Komitəsi növbəti yığıncağını keçirdi, gözlənilən qərarları qəbul etdi və oyuncaq qurum olduğunu nümayiş etdirdi. Komitəyə nə diqtə edilmişdisə, ona da səs verdilər. Bir ay öncə limit və əvəzetmə sayı ilə bağlı mövqeyini sərgiləyən İK bu dəfə “qələt etmişəm”ə məcbur edildi.

Ümumilikdə 6 məsələ müzakirə edildi, qərarlar verildi. Amma hamı üçün maraqlı olan iki məsələ var idi. Məhz limit məsələləri maraq doğururdu ki, bu barədə yazacağıq. Bununla belə, digər məsələlərə də biganə qalmaq olmaz.

AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsi təsdiq olunması gözlənilirdi. Lakin ora sədrin müvəqqəti seçilməsi göstərir ki, AFFA-da islahatlar yayda yekunlaşacaq. Xalid Cavadov bu posta yalnız 3 ay müddətinə əyləşdirilib, deməli, yeni komanda yeni qərarlar verə bilər.

“Kəpəz” və “Turan Tovuz”ın Premyer Liqada iştirakı təsdiqləndi. Sözügedən komandaların, eləcə də AFFA-dan maliyyələşən digər klubların aqibəti müəmma olaraq qaldı. Güman ki, tezliklə bu barədə açıqlama veriləcək, proses başlayacaq, təsdiq üçün isə İK-nın növbəti iclasını gözləməli olacağıq.

Naib Əsədov AFFA-nın İntizam Komitəsinə üzv təyin olundu, lakin onun kimliyi sirr olaraq qaldı. Futbola dəxli olmayan bu şəxs tanışlıq pis olmaz. Ümid edirik, assosiasiya təqdimata gərək duyacaq.

Müvafiq komissiyanın təqdimatına uyğun olaraq, Məlik Həsənov, Xanoğlan Abbasov, Əli Hüseynov və Boris Tibilova təqaüdlərin ayrılması alqışalayiqdi, hər birinin futbolumuzda müəyyən xidmətləri olub.

İcraiyyə Komitəsinin iclasında hansısa klubun rəhbərinin istefa qərarının açıqlanması bir az qəribə göründü. Bəli, Zaur Axundov da komitə üzvüdü, lakin onun “Şamaxı”dan getməsi başqa vaxt da elan oluna bilərdi, məhz bu iclasda reallaşdısa, deməli, tapşırığın gəldiyi yerə “missiya tamamlandı” siqnalı ötürülməliymiş. “Şamaxı”nın Müşahidə Şurasının sədrinin “işlərinin çoxluğu və vaxt məhdudiyyəti ilə əlaqədar” postundan getməsi isə onun başqa klubda görünəcəyi ilə bağlı şaiyələrin üstündən xətt çəkdi. “Vaxtı olmayan adam” hansısa təyinat gözləyə bilməz.

Həmişə İK-nın toplantısından kollektiv şəkil paylaşan AFFA bu dəfə eyni addımı atmadı. Çünki üzvlərin hamısı iclasda deyildi. Xüsusilə Elşad Nəsirovla Elxan Məmmədovun yoxluğu diqqət çəkdi. Ya bu adamların həqiqətən qələmi qırılıb, ya da onlar bir ay öncəki iclasın qərarlarının ləğv olunduğu tədbirdə görünmək istəməyiblər. Sözlərinin keçmədiyi yığıncağa qatılmayan cütlük bununla daha hakimiyyətlərinin davam etmədiyini də etiraf etdilər.

Oğlunu Uşaq Futbol Federasiyasına prezident təyin etdirməklə gözdən düşən, futbolla bağlılığı qalmadığından gələcəkdə İK-da təmsilçiliyi də mümkünsüz olan Rauf Əliyev, eyni zamanda Firudin Qurbanov, Mahir Məmmədov tədbirdə olmayıb, sonuncu iclasdan sonra milli komanda ilə görüşdə görüntülənib. Lakin hətta 5 nəfərin yoxluğu da komitənin iclasının səlahiyyətli olmasını əngəlləmədi. Nizamnaməyə görə, 7 üzv yığıncaqda iştirak edirsə, səlahiyyətli sayılır, dünənki tədbirdə isə 8 nəfər müzakirələrə qatılmışdı.

Təbii ki, günün əsas qərarları limitlə bağlı idi. Qərara alındı ki, 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limiti 7+4 (7 əcnəbi, 4 yerli futbolçu) sistemi ilə tətbiq olunsun.

Həmçinin, beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilsin. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statuslu futbolçu olmalıdır.

Aprelin 29-da “beynəlxalq təcrübə”yə nəzər salmayan İK üzvlərinin beləcə bir aya “gözləri açıldı”, həqiqəti görməyə başladılar. Meydana daxil olacaq 5 oyunçudan ikisinin yerli olması barədəki qeyd də yerindədi. AFFA hər şeyi klubların arzusuyla reallaşdırmamalı, milli komandaların da mənafeyini düşünməli, yerli futbolçuların daha çox oyun vaxtı qazanmasına çalışmalıdı.

Ötən yazımızda qeyd etdiyimiz kimi, 6 və ya 7 legionerin oynaması həlledici faktor deyil. Zatən illərlə müxtəlif sistemləri yoxlamışıq, qadağasız çempionatlar da olub, cəmi 3 əcnəbinin çıxış etməsinə icazə verilən mövsümlər də. Aşağı-yuxarı nəticələr eynidi, Azərbaycan futbolunun problemi meydanda legioner saymaqda deyil, daha köklü islahatlara ehtiyac var. İlk olaraq İcraiyyə Komitəsindən başlayaraq, ölkədə futbol siyasətini müəyyənləşdirən bir sıra vəzifələrdə sağlamlaşdırıcı addımlar atılmalıdı. Kosmetik dəyişikliklərlə yalnız vaxt itiririk.

İcraiyyə Komitəsinin qərarlarında müəmmalı qalan məqamlar da oldu. Qurum bir ay öncəki qərarlarını nə təsdiq, nə də ləğv etmədi. Belə ki, aprelin 29-da qərara alınmışdı ki,

2022/2023 mövsümündən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) manat müəyyənləşdiriləcək. 2023/2024 mövsümündən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə biləcək. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) manat olacaq.

Bu şərtlərin “7+4” limitində də keçərli olub-olmayacağı aydınlaşmadı. AFFA-nın açıqlama verməsi lazımdı. 29 aprel qərarlarını dünən xəlvətcə qurumun rəsmi saytından silmək çıxış yolu deyil. Mətbuatda həmin qərarlar yayılıb və indi bu maddələr dəqiqləşməlidi. Rəsmi açıqlama olmasa, sabah suallar meydana çıxacaq və qaydaları pozanlar ittiham ediləcək.

Bütün bunları nəzərə alaraq, İK-nın 31 may qərarlarını natamam sayırıq. İctimaiyyətə bilgi verilməli, müəmmalı məsələlər aydınlaşmalıdı. Klublar transferlər edərkən çətin vəziyyətdə qalmamaq üçün şifahi söhbətlərə yox, rəsmi məlumata istinad etməlidilər. İndiki halda 29 aprel qərarlarının bəzi hissələri qüvvədə qalmış kimi görünür.

VÜSAL MAHMUDOV

Reklam

Reklam


blank
Dünya futbolu2022-12-07 01:13

DÇ-2022-də fasilə: 1/4 finalda bu komandalar qarşılaşacaq

blank
Dünya futbolu2022-12-07 00:53

DÇ-2022: Mərakeşlə Portuqaliya da 1/4 finalda!

blank
Dünya futbolu2022-12-07 00:35

DÇ-2022: Fransa yığmasında Mbappe şoku

blank
Dünya futbolu2022-12-06 23:15

Penalti seriyasında ən bərbad nəticə

blank
Dünya futbolu2022-12-06 23:01

Reqraqi ilə yazılan tarix

blank
Dünya futbolu2022-12-06 22:49

Ronaldo ehtiyatda – 2018-dən bəri ilk dəfə

blank
Digər idman növləri2022-12-06 22:38

Azərbaycanlı basketbolçu NBA məktəbinə qəbul oldu

blank
Premyer-liqa2022-12-06 21:42

Fan-klublar birləşdi, Premyer Liqa oyunları boykot edildi

blank
Dünya futbolu2022-12-06 21:07

“Yuventus”un sabiq futbolçusu həbs olundu

blank
Ölkə futbolu2022-12-06 20:32

“Neftçi”dən Rövnəq Abdullayevə hədiyyə

blank
Dünya futbolu2022-12-06 20:25

Verratti yeni müqavilə imzalayacaq

blank
Digər idman növləri2022-12-06 20:18

İki güləşçimiz üçün ABŞ sınağı

blank
Dünya futbolu2022-12-06 20:12

“Traktor” Berdıyevə əvəzləyici tapdı

blank
Dünya futbolu2022-12-06 20:01

Qabriel Jesus əməliyyat olunacaq – zədəsi ciddi imiş

blank
Dünya futbolu2022-12-06 19:39

“Leypsiq”də yeni müqavilə

blank
Ölkə futbolu2022-12-06 19:34

AFFA-nın 30 illik yubileyi münasibətilə yoldaşlıq oyunu keçirilib – FOTOLAR

blank
Dünya futbolu2022-12-06 19:29

“Barselona” Kessyeni saxlamağa məcburdur

blank
Dünya futbolu2022-12-06 19:15

Busqets və Qavi üçün xüsusi oyun

blank
Digər idman növləri2022-12-06 18:59

Kikboksinq üzrə Respublika kubokuna start verildi

blank
Ölkə futbolu2022-12-06 18:29

“Qəbələ” Antalyada iki yoxlama oyunu keçirəcək

blank
Digər2022-12-06 18:00

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

blank
Dünya futbolu2022-12-06 17:33

Pele Braziliyanın möhtəşəm qələbəsinə münasibət bildirdi

blank
Dünya futbolu2022-12-06 17:22

Çağlar yeni müqavilədən imtina edir – iki müştərisi var

blank
Dünya futbolu2022-12-06 17:11

Aspilikueta gəlmədi, Baldeyə şans veriləcək

blank
Digər idman növləri2022-12-06 16:58

Azərbaycanlı hakim ÇL oyununda

blank
Dünya futbolu2022-12-06 16:35

Super Liqa klubu gürcü futbolçu ilə vidalaşdı

blank
Ölkə futbolu2022-12-06 16:04

Prosineçki: “Neftçi”dən heç kim mənimlə əlaqə saxlamayıb”

blank
I Divizion2022-12-06 15:57

“Qarabağ” uduzdu, “İmişli” qalib gəldi

blank
Ölkə futbolu2022-12-06 15:37

“Sabah”ın ispanı: “Arxayın deyildik”

blank
Ölkə futbolu2022-12-06 15:22

AFFA sponsor axtarışında

blank
Dünya futbolu2022-12-06 14:16

Eto Qətərdə azarkeşi döydü – VİDEO

blank
Digər idman növləri2022-12-06 13:46

Həsənov Ermənistan karateçisinə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2022-12-05 13:42

Azərbaycan derbisi PFL-in obyektivində – VİDEO

blank
Ölkə futbolu2022-12-05 12:26

“Karvan”ın növbəti qələbəsi – VİDEO

blank
Premyer-liqa2022-12-04 20:13

“Zirə” “Turan Tovuz”u belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2022-12-04 19:54

“Nəticə istədiyimiz kimi oldu” – Rəşad Sadıqov

blank
Premyer-liqa2022-12-04 18:05

Samir Abasov: “Ofisdə gördüyümüz işlər meydançadakını ötüb keçib” – VİDEO

blank
Premyer-liqa2022-12-04 17:35

Tərlan Əhmədov: “Hərdən enməlisən ki, qalxa biləsən” – VİDEO

blank
Premyer-liqa2022-12-04 17:18

“Kəpəz” “Sumqayıt”da doğma meydanda uduzdu – VİDEO

blank
Premyer-liqa2022-12-03 20:15

“Şamaxı” “Sabah”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-12-03 17:16

“Səbail” “Qəbələ”yə də uduzdu – VİDEO

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Facebook

Gündəm