AFFA İcraiyyə Komitəsi növbəti dəfə bir araya gələcək. Hər ay yığışıb müxtəlif problemləri müzakirə etmək istəyən qurum üzvləri iyunun 3-də toplaşacaq.

Futbolinfo.az xəbər verir ki, qurumun Gündəliyi yenə əsas məsələlərdən xalidir. İnkişaf strategiyası ilə bağlı dəqiqləşmiş bir şey yoxdur, milli komandanın baş məşqçisi tapılmayıb.

Əldə etdiyimiz bilgiyə görə, budəfəki iclasın müzakirə mövzusu aşağı liqaya düşən “Qəbələ”yə ediləcək yardımlarla bağlıdır. Klubun infrastukturunun, eləcə də akademiyasının qorunması üçün müəyyən addımların atılacağı gözlənilir. Eyni zamanda aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri ilə müqavilələrin müddətinin ilin sonunadək uzadılması realdır.

Vəssalam. İki aydır AFFA-da hakimiyyəti ələ alan yenilər yalnız günləri ötürməklə məşğuldur. Deyəsən, ümidlər yenə suya düşdü. Rövşən Nəcəfin dəstəsi də yalnız görüntü yaratmaqla məşğuldur, kəmiyyəti keyfiyyətdən üstün tuturlar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp