Digər idman növləri
İki güləşçimiz üçün ABŞ sınağı
Dekabrın 10-11-də ABŞ-da sərbəst və qadın güləşi üzrə dünya kuboku keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, Ayova ştatının Koralvill şəhərində keçiriləcək hər 2 yarışda ölkəmiz fərdi qaydada təmsil olunacaq.
Sərbəst güləşdə dünya yığmasının tərkibində Osman Nurmaqomedov (92 kq) yer alıb. Bu komanda B qrupunda Yaponiya və İranla mübarizə aparacaq. A qrupunda isə ABŞ, Gürcüstan və Monqolustan çıxış edəcək.
Qadın güləşində isə dünya yığmasının heyətində Jalə Əliyeva (57 kq) yer alıb. Bu komanda B qrupunda Çin və ABŞ-la gücünü sınayacaq. A qrupunun iştirakçıları Yaponiya, Ukrayna və Monqolustandır.
Reqlamentə əsasən, ayın 10-da qrup görüşləri keçiriləcək. Qrup qalibləri finala, qruplarda ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda görüşə vəsiqə qazanacaq. Final və 3-cü yer uğrunda qarşılaşmalar dekabrın 11-də baş tutacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq