Bizi izləyin

Digər idman növləri

İlham Əliyev Azərbaycanı İslamiadada təmsil edən idmançılarla görüşdü

blank
blank

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər.

Futbolinfo.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev bunları söyləyib:

“Əziz idmançılar, əziz dostlar. Mən indicə Konya Hava Limanında yerə enmişəm və hava limanından dərhal buraya, sizinlə görüşə gəlmişəm. Bu, bir ənənədir. Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.

Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləmişlər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər. Artıq birinci qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm. Oyunların rəsmi açılış mərasimi bu gündür, amma Oyunlar artıq davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl bir stimul olacaq.

Bu dəfə bu Oyunlar Bakıdan sonra Konyada keçirilir, qardaş ölkədə keçirilir. Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, bu Oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Əlbəttə, biz çox şadıq ki, bu Oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq. Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir, komanda hesabında birinci olmuşdur. Eyni zamanda, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir.

Onu da qeyd etməliyəm ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək.

Bir sözlə, əziz idmançılar, mən sizi ürəkdən salamlayıram, sizə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız. Təbrik edirəm”.

Görüşdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov da çıxış edib:

“Çox hörmətli cənab Prezident. Hörmətli Mehriban xanım. İcazə verin, nümayəndə heyəti adından Sizi Atletlər Kəndində salamlayım. Sizin daimi qayğınıza görə təşəkkürümüzü bildirmək istərdik. Sizin tapşırığınızla atletlər üçün hər cür şərait yaradılıb və komandamız hazırdır. Qeyd etdiyiniz kimi, artıq bizim ilk medalımız var, dünən Anna Skidan qızıl medal qazanıb”.

Güləşçi Rafiq Hüseynov: “Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım. Mən komanda yoldaşlarım adından, həm də, eyni zamanda, öz adımdan Sizi salamlayıram. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb bizimlə maraqlanırsınız. Mən əminəm ki, Sizinlə görüş bizə əlavə ruh yüksəkliyi verəcək və eyni zamanda, bizim çıxışlarımıza çox müsbət təsir edəcək. Sevinirəm ki, cənab Prezident şəxsən özü bizimlə maraqlanır. Sizə təşəkkür edirəm”.

Prezident İlham Əliyev: “Sağ olun”.

Stend atıcısı Rigina Meftahətdinova: “Cənab Prezident, salam. Mehriban xanım Sizi salamlayıram. Mən idmançı ailəsində böyümüşəm. Olimpiya çempionu Zemfira xanım Meftahətdinovanın qızıyam. Özüm də bu idmanla məşğulam. Mən çox fəxr edirəm ki, Siz bizə həmişə diqqət, qayğı göstərirsiniz. Çox olun, Sizə təşəkkür edirəm”.

Prezident İlham Əliyev: “Çox sağ olun. Sizə uğurlar arzulayıram”.

Mehriban xanım Əliyeva: “Anna Skidan qızıl medal alıb”.

Prezident İlham Əliyev: “Qızıl medal, təbrik edirəm”.

Anna Skidan: “Sağ olun”.

Mehriban xanım Əliyeva: “Təbrik edirik, sizinlə fəxr edirik”.

Velosipedçi Elçin Əsədov: “Cənab Prezident, mən Elçin Əsədovam. Şuşada beynəlxalq velosiped idmanı yarışının qalibiyəm. Çox fəxr edirəm. Orada qürur duyduq, “dəmir yumruq”la. Çox sağ olun, cənab Prezident, minnətdaram”.

Prezident İlham Əliyev: “Çox sağ olun”.

Paralimpiyaçı: “Allah razı olsun, bizim üçün hər cür şərait yaradılıb. Keçmiş müharibə veteranı kimi, İnşallah, burada da bayrağımızı ucaldarıq”.

Prezident İlham Əliyev: “İnşallah. Paralimpiyaçılarımız da Paralimpiya Oyunlarında yaxşı nəticə göstərmişdilər”.

blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
Reklam
blank
Ölkə futbolu2022-09-24 23:49

Keçmiş həyat yoldaşı Regekampfın “Neftçi”dən qovulmasını xahiş etdi

blank
Milli komanda2022-09-24 23:26

U-21 millimiz “Şamaxı”ya məğlub oldu

blank
Digər idman növləri2022-09-24 22:15

Azərbaycanlı atıcı Lissabonda 2-ci oldu

blank
Milli komanda2022-09-24 21:20

Azərbaycan millisindən darmadağın

blank
Milli komanda2022-09-24 20:57

“Daha yaxşı oynayıb, çox xal yığa bilərdik” – Emin Mahmudov

blank
Milli komanda2022-09-24 20:46

“Həmin iki oyuna görə təəssüflənirik” – De Byazi

blank
Digər idman növləri2022-09-24 20:03

“Shusha Chess”: Qaliblər bəlli oldu

blank
Digər idman növləri2022-09-24 19:41

Azərbaycan tennisçisi Tiflisdə 3-cü oldu

blank
Dünya futbolu2022-09-24 19:18

Barəsində araşdırma başladı, millidən kənarlaşdırıldı

blank
Dünya futbolu2022-09-24 18:46

“Milan”ın futbolçusu millinin heyətində sıradan çıxdı

blank
Milli komanda2022-09-24 18:22

Qola həsrət milli komanda

blank
Milli komanda2022-09-24 18:01

“Bakıda oynamaq elə də çətin deyil” – Paypers

blank
Milli komanda2022-09-24 17:44

“Azərbaycanı güclü rəqib hesab edirik” – Voroqovski

blank
Milli komanda2022-09-24 17:24

“Bilirik ki, ölkənizdə “Qarabağ” kimi güclü klublar var” – Adiyev

blank
Dünya futbolu2022-09-24 16:45

“Qarabağ”ın legionerləri məğlubiyyətə üzüldü

blank
Digər idman növləri2022-09-24 16:22

Şəhidlərin xatirəsinə həsr edilən veloyürüş keçirildi

blank
Milli komanda2022-09-24 16:08

Millimiz Türkiyəyə böyük hesabla uduzdu

blank
Milli komanda2022-09-24 14:15

“Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik”

blank
Digər idman növləri2022-09-24 13:44

Gövhər Beydullayeva: “Şuşa turniri heç vaxt unudulmayacaq”

blank
Digər idman növləri2022-09-24 12:46

“Tanınmış şahmatçıları Şuşada görmək istərdim” – Məmmədov

blank
Digər idman növləri2022-09-24 12:12

Avropa çempionatına hazırlıq başladı, heyət açıqlandı

blank
Digər idman növləri2022-09-24 11:44

Əfsanəvi idmançı karyerasını məğlubiyyətlə başa vurdu

blank
Milli komanda2022-09-24 11:21

AÇ: Millimiz bu gün Türkiyə ilə qarşılaşacaq

blank
Müsahibə2022-09-24 11:12

Kadi Polşa millisindən dəvət gözləyir: “Qarabağ”da dəyər verməyi öyrəndim”

blank
Digər idman növləri2022-09-24 10:25

Azərbaycan cüdoçuları DÇ-yə Çin yığmaları ilə birgə hazırlaşır

blank
Müsahibə2022-09-24 10:03

“ÇL-in qrupunda oynamamış “Qarabağ”dan getməyəcəm”

blank
Dünya futbolu2022-09-24 09:49

Liqa 1 klubundan yeni transfer

blank
Dünya futbolu2022-09-24 09:30

İspaniya və Portuqaliya yığmaları üçün növbəti sınaq – YENİLƏNİR

blank
Müsahibə2022-09-24 09:15

Kadi: “Braziliyada insanlar daha səbirsizdi”

blank
Milli komanda2022-09-24 09:00

Trnava qələbəsinə sevinəkmi?

blank
Milli komanda2022-09-23 10:01

Millimiz Slovakiyada belə qələbə qazandı – VİDEO

blank
Ölkə futbolu2022-09-22 18:33

UEFA “Qarabağ”ın legionerinin vurduğu qolu fərqləndirdi – VİDEO

blank
Ölkə futbolu2022-09-22 12:45

BÖLFƏ FUTBOLU: Mingəçevir stadionunda oturacaqlar yenilənir

blank
Milli komanda2022-09-21 00:30

Qazaxıstan – Azərbaycan matçında 11 qol – VİDEO

blank
Ölkə futbolu2022-09-20 09:21

“Səhvlərdən nəticə çıxardacağıq” – VİDEO

blank
Premyer-liqa2022-09-18 23:35

“Zirə” – “Qarabağ” matçında 8 qol – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:27

“Kəpəz”dən əzmkar qələbə – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:12

“Rauf Əliyevin “Kəpəz”də qalması mümkünsüzdür” – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:02

“Fasilədən səmərəli istifadə etməyə çalışacağıq” – VİDEO

blank
Ölkə futbolu2022-09-18 20:52

Tərlan Əhmədov: “Komanda hələ istədiyim səviyyədə deyil” – VİDEO

blank
Premyer-liqa2022-09-17 21:36

“Qəbələ” “Sumqayıt”ı belə məğlub etdi – VİDEO

blank
Ölkə futbolu2022-09-17 14:44

“Sabah” – “Turan Tovuz” matçında şəhidlərimiz belə anıldı – VİDEO

blank
Premyer-liqa2022-09-16 23:59

“Səbail” “Neftçi” ilə bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-09-16 21:34

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Ölkə futbolu2022-09-16 20:14

“Neftçi”nin zədəli futbolçularından son xəbər – VİDEO

blank
Ölkə futbolu2022-09-16 11:31

“İdman və Media”da gündəm müzakirəsi – VİDEO

blank
Ölkə futbolu2022-09-16 11:27

BÖLGƏ FUTBOLU: Yevlaxlılar sponsor axtarır – VİDEO

blank
Milli komanda2022-09-15 15:21

“Toplanış və oyunlar təcrübə qazanmaq baxımından əla şansdır”

blank
Ölkə futbolu2022-09-15 13:22

“Nant”ın Bakı gəzintisi və mərkəzi arenada son məşqi – VİDEO

blank
Milli komanda2022-09-14 19:15

Millimizin üzvü Qazaxıstanla matça hazırlığı dəyərləndirdi – VİDEO

blank
Digər2022-09-13 18:00

MOK-un yubileyi: yeni layihəyə start verildi – VİDEO

blank
Ölkə futbolu2022-09-13 13:28

Yeni mövsümün püşkü atıldı

blank
Ölkə futbolu2022-09-12 21:43

Qazananların real hekayələri – Bütün Zaqatala onun sevincinə şərik oldu – VİDEO

blank
Ölkə futbolu2022-09-12 14:22

“Bir əsgərin “Turan” arzusu” – VİDEO

blank
Premyer-liqa2022-09-11 23:48

“Qarabağ” – “Sabah” matçında 7 qol – VİDEO

blank
Premyer-liqa2022-09-11 21:16

“Sumqayıt”la “Şamaxı” yenə qələbəyə həsrət qaldı – VİDEO

blank
Premyer-liqa2022-09-10 23:38

“Səbail” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-09-10 23:22

“Bizim iştirakımızla keçən oyunlar maraqlı alınır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2022-09-10 21:27

“Neftçi”dən Qəbələdə əzmkar qələbə – VİDEO

blank
Ölkə futbolu2022-09-10 14:40

“Neftçi”də zədəli futbolçuların son durumu açıqlandı

Gündəm