Bizi izləyin

Digər idman növləri

İlham Əliyev Azərbaycanı İslamiadada təmsil edən idmançılarla görüşdü

blank
blank

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər.

Futbolinfo.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev bunları söyləyib:

“Əziz idmançılar, əziz dostlar. Mən indicə Konya Hava Limanında yerə enmişəm və hava limanından dərhal buraya, sizinlə görüşə gəlmişəm. Bu, bir ənənədir. Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.

Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləmişlər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər. Artıq birinci qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm. Oyunların rəsmi açılış mərasimi bu gündür, amma Oyunlar artıq davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl bir stimul olacaq.

Bu dəfə bu Oyunlar Bakıdan sonra Konyada keçirilir, qardaş ölkədə keçirilir. Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, bu Oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Əlbəttə, biz çox şadıq ki, bu Oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq. Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir, komanda hesabında birinci olmuşdur. Eyni zamanda, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir.

Onu da qeyd etməliyəm ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək.

Bir sözlə, əziz idmançılar, mən sizi ürəkdən salamlayıram, sizə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız. Təbrik edirəm”.

Görüşdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov da çıxış edib:

“Çox hörmətli cənab Prezident. Hörmətli Mehriban xanım. İcazə verin, nümayəndə heyəti adından Sizi Atletlər Kəndində salamlayım. Sizin daimi qayğınıza görə təşəkkürümüzü bildirmək istərdik. Sizin tapşırığınızla atletlər üçün hər cür şərait yaradılıb və komandamız hazırdır. Qeyd etdiyiniz kimi, artıq bizim ilk medalımız var, dünən Anna Skidan qızıl medal qazanıb”.

Güləşçi Rafiq Hüseynov: “Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım. Mən komanda yoldaşlarım adından, həm də, eyni zamanda, öz adımdan Sizi salamlayıram. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb bizimlə maraqlanırsınız. Mən əminəm ki, Sizinlə görüş bizə əlavə ruh yüksəkliyi verəcək və eyni zamanda, bizim çıxışlarımıza çox müsbət təsir edəcək. Sevinirəm ki, cənab Prezident şəxsən özü bizimlə maraqlanır. Sizə təşəkkür edirəm”.

Prezident İlham Əliyev: “Sağ olun”.

Stend atıcısı Rigina Meftahətdinova: “Cənab Prezident, salam. Mehriban xanım Sizi salamlayıram. Mən idmançı ailəsində böyümüşəm. Olimpiya çempionu Zemfira xanım Meftahətdinovanın qızıyam. Özüm də bu idmanla məşğulam. Mən çox fəxr edirəm ki, Siz bizə həmişə diqqət, qayğı göstərirsiniz. Çox olun, Sizə təşəkkür edirəm”.

Prezident İlham Əliyev: “Çox sağ olun. Sizə uğurlar arzulayıram”.

Mehriban xanım Əliyeva: “Anna Skidan qızıl medal alıb”.

Prezident İlham Əliyev: “Qızıl medal, təbrik edirəm”.

Anna Skidan: “Sağ olun”.

Mehriban xanım Əliyeva: “Təbrik edirik, sizinlə fəxr edirik”.

Velosipedçi Elçin Əsədov: “Cənab Prezident, mən Elçin Əsədovam. Şuşada beynəlxalq velosiped idmanı yarışının qalibiyəm. Çox fəxr edirəm. Orada qürur duyduq, “dəmir yumruq”la. Çox sağ olun, cənab Prezident, minnətdaram”.

Prezident İlham Əliyev: “Çox sağ olun”.

Paralimpiyaçı: “Allah razı olsun, bizim üçün hər cür şərait yaradılıb. Keçmiş müharibə veteranı kimi, İnşallah, burada da bayrağımızı ucaldarıq”.

Prezident İlham Əliyev: “İnşallah. Paralimpiyaçılarımız da Paralimpiya Oyunlarında yaxşı nəticə göstərmişdilər”.

blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
Reklam

Reklam


blank
Dünya futbolu2024-02-12 22:34

Bundesliqa klubunda baş məşqçi istefası

blank
Dünya futbolu2024-02-12 22:13

La Liqa klubu yaponiyalı futbolçu ilə yeni müqavilə imzaladı

blank
Dünya futbolu2024-02-12 22:05

“Liverpul” tarixində yeni rekord

blank
Digər idman növləri2024-02-12 21:22

İsmayılova AÇ-də 11-ci oldu

blank
Digər idman növləri2024-02-12 20:50

Bakıda keçiriləcək Dünya Kubokuna qatılacaq komanda sayı açıqlandı

blank
Digər idman növləri2024-02-12 19:47

Mingəçevirdə ölkə çempionatı keçiriləcək

blank
Ölkə futbolu2024-02-12 19:30

Letiç: “Daha motivasiyalı idik”

blank
Ölkə futbolu2024-02-12 19:12

Türkiyə kuboku: 1/4 finalın və yarımfinalın püşkü atıldı

blank
Ölkə futbolu2024-02-12 18:50

“Qarabağ” – “Braqa” matçına nə qədər bilet satılıb?

blank
Premyer-liqa2024-02-12 18:31

“Əvəzetmələrimiz uğurlu oldu” – Diniyev

blank
Premyer-liqa2024-02-12 18:12

“Uşaqlar toparlanıb daha yaxşı oynayacaqlar” – Adil Şükürov

blank
Premyer-liqa2024-02-12 17:55

“Kəpəz” “Səbail”ə belə məğlub oldu – VİDEO

blank
Digər idman növləri2024-02-12 17:27

Şvyontek 10-cu yerə qalxdı

blank
Digər idman növləri2024-02-12 17:09

Milliyə oyunçu cəlb etmək üçün ilk dəfə “seçim günü” keçiriləcək

blank
Premyer-liqa2024-02-12 16:58

“Kəpəz” “Səbail”ə böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-02-12 16:19

16 yaşlı futbolçu tarixə düşdü

blank
Əvəzedicilər2024-02-12 16:07

“Qarabağ”la “Sabah”ın əvəzedicilərinin oyununda darmadağın

blank
Dünya futbolu2024-02-12 15:48

Ben Yedder Fransada klub dəyişir

blank
Layihə2024-02-12 15:34

Ali təhsil ocaqlarında idman

blank
Digər idman növləri2024-02-12 15:17

Norveç biatlonu tarixinin acı günü

blank
Dünya futbolu2024-02-12 15:00

Subimendiyə iki müştəri

blank
Digər idman növləri2024-02-12 14:44

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 10 medal

blank
Müsahibə2024-02-12 14:31

Nodar da meydançalardan şikayətlənir: “Asan rəqib yoxdur”

blank
Digər idman növləri2024-02-12 14:16

Azərbaycan sablyaçıları İspaniya ilə bacarmadılar

blank
Digər idman növləri2024-02-12 14:00

AMADA-nın təcrübəsi milli olimpiya komitələrinə nümunə göstərilib

blank
Digər idman növləri2024-02-12 13:45

Boksçularımız beynəlxalq turnirdə iştirak edəcəklər

blank
Digər idman növləri2024-02-12 13:30

Millimizin rəhbəri Gəncə və Tovuzda seminar keçirib

blank
Digər idman növləri2024-02-12 13:16

Çinli idmançı dünya rekordunu yenilədi

blank
Ölkə futbolu2024-02-12 13:01

Azərbaycanın FIFA referisi Dubaydakı turnirə təyinat alıb

blank
Ölkə futbolu2024-02-12 12:49

Millimizin Bakıda toplanışı başlayıb

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm