Dünya futbolu
İlin ən yaxşı qapıçısı bəlli oldu
Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma 2021-ci ilin ən yaxşı qolkiperi elan olunub.
Futbolinfo.az xəbər verir ki, İtaliya millisinin üzvü Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.
22 yaşlı qapıçı 170 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya yığmasının və “Bayern”in qolkiperi Manuel Noyer 75 xalla 2-ci, İngiltərənin “Çelsi” komandasının seneqallı qapıçısı Eduard Mendi isə 40 xalla 3-cü olub.
IFFHS daha öncə “Bayern”in hücumçusu Robert Levandovskini ilin futbolçusu elan etmişdi.
- Canluici Donnarumma (İtaliya – “Milan”/PSJ) – 170
- Manuel Noyer (Almaniya – “Bayern”) – 75
- Eduard Mendi (Seneqal – “Çelsi”) – 40
- Emiliano Martines (Argentina – “Aston Villa”) – 25
- Yan Oblak (Sloveniya – “Atletiko”) – 20
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq