Bizi izləyin

Müsahibə

İlk dəfə çempion olan Medina: “Azarkeşlər əsl Kevini tanımırlar”

blank
blank

“Qarabağ”ın müdafiəçisi Kevin Medinanın futbolinfo.az saytına müsahibəsi

– Əvvəlcə, çempionluq barədə fikirlərini bölüşərdin. Ötən il birinclik qazana bilmədiniz, amma titulu bu il əldə etdiniz…

– Təbii ki, təəssüratlar xoşdur. Əslində, son oyuna adi matç kimi çıxmışdıq. Hətta hakim fit çalandan sonra da sıradan bir matç başa çatmış kimi davranırdım. Nə vaxt ki, komanda yoldaşlarım çempionluğu qeyd etməyə başladılar, onda fərqinə vardım. Hiss etdim ki, biz artıq çempionuq. Onlara qoşuldum və çempionluğu qeyd etməyə başladım. Bu, möhtəşəm hisslərdir. İlk dəfə peşəkar səviyyədə çempion oldum və bu hissləri ifadə etməyə söz tapa bilmirəm. Bu titulu mənim üçün xüsusi edən şeylərdən biri də valideynlərimin yanımda olması idi. Onların mənimlə birlikdə qeyd etməsi bayram idi. Çempionluq inanılmazdır.

– “Qarabağ”ın Premyer Liqada rəqiblərindən çox üstün olduğu son oyunlarda xüsusilə ortaya çıxdı. Böyükhesablı qələbələr artıq çempion olacağına işarə idi. Siz də həmin oyunlardan sonra əmin idiniz ki, birincilik qazanacaqsınız?

– Əlbəttə ki, inamım var idi. Mövsümə başlayanda belə hər kəsin hədəfi çempionluq idi. Təkcə futbolçulardan söhbət getmir, texniki heyət belə birincilik haqqında düşünürdü. Nəzərə alaq ki, keçən mövsüm son anda titulu əldən verdik. Ötən ildən heç də xoş olmayan təəssüratlar qalmışdı. Hər bir məşqimizdə bizə birincilik üçün yarışmağımız xatırladılır, qələbə aşılanırdı. Bundan əvvəlki müsahibəmdə demişdim ki, bəzi xırda xal itkiləri oldu, onlar olmasaydı, daha öncədən titulumuzu bayram edəcəkdik. Əminlik, inam və strategiya oyunlardakı hesabda da əksini tapırdı. Məntiqi nəticəsi kimi layiqli birincilik qazandıq.

– Premyer Liqada mövsüm artıq “Qarabağ” üçün başa çatdı, formal oyunlar qalıb. Düşünmək olar ki, “Qarabağ” artıq Azərbaycan kubokunun finalına hazırlaşır?

– Biz artıq çempionuq, hədəfimizə çatmışıq. Lakin çempionat davam edir və mayın 21-də başa çatacaq. Ondan sonra final haqqında fikirləşəcəyik. Qarşıdakı oyunlara da ciddiyyətlə yanaşacağıq. Arxayınlaşmaq haqqında düşünmürük. Bu tempdə davam etmək bizi gücləndirəcək, inkişafa kömək edəcək.

– Komandanız artıq çempion olub, “Zirə” isə avrokuboklara son tura qədər vəsiqə uğrunda gərgin mübarizədə olacaq. Bu, sizə həlledici oyunda müəyyən rahatlıq gətirə bilər?

– Düşünmürəm ki, bu, kiməsə üstünlük verir. “Zirə”nin iddasından xəbərimiz var və ilk dəfə Azərbaycan kubokunun finalında oynayacaqlar. Yaxşı komandadır, həlledici oyuna vəsiqə qazanması boş deyil. Güclü baş məşqçiləri var, ikinci mövsümündə komandanı finala çıxarıb. Həm də “Qarabağ”ı komanda olaraq yaxşı tanıyır. Qətiyyən rahatlaşmaqdan və hər hansı üstünlükdən söhbət gedə bilməz. Hər oyuna xüsusi hazırlaşmaq gərəkdi. 90 dəqiqə mübarizə aparmaq üçün meydana çıxırsan, oynayırsan və bir də o anları geri qaytarmaq olmur.

– “Qarabağ” getdikcə daha baxımlı oyunla daha gözəl futbol göstərir. Düşünürsən ki, bunun nəticəsi avrokuboklarda görünəcək?

– “Qarabağ” həmişə azarkeşin xoşuna gələn futbol oynamağa çalışır. Ağdam klubuna gəldiyimdən bəri belə görmüşəm. Baş məşqçimiz də ancaq bunu bizə deyir. Bildirir ki, gözəl futbol oynamalıyıq. Bu mövsüm də şahid olduq ki, belədir. Mükəmməl deyilik, çatışmayan nüanslar var, amma baxımlı oyunlarımız oldu. Komandanın potensialı daha çoxdur. Yaxşı oyunun nəticəsini avrokuboklarda və gələn mövsüm görəcəyik. Fikrimcə, “Qarabağ” Çempionlar Liqasında və həmçinin gələn mövsümdə daha baxımlı futbol ortaya qoyacaq.

– Mövsüm sona çatdıqca futbolçulara təkliflər gəlir. Sənin adın bir neçə müddət əvvəl başqa klublarla yanaşı hallanırdı. Hazırda durum necədir? Yalnız “Qarabağ” haqqında düşünürsən, yoxsa təklifləri dəyərləndirəcəksən?

– Futbolçuya təkliflərin olması normaldır və bu, davam edəcək. Şəxsən mən təklif alanda daha da həvəslənirəm. Çünki bu, əməyimizə, işimizə qiymətdir. Lakin bu, mənə təsir göstərmir, işimə köklənməkdən çəkindirmir. Hər şeyə normal baxıram. Hazırda “Qarabağ”a köklənmişəm və “Qızıl dubl” etmək istəyirəm. Mövsümün sonunda biləcəyik ki, qalıram və ya gedirəm. Azarkeşləri təəccübləndirə biləcəyim qərarı mövsümün sonunda görəcəksiz.

– Çempionluq oyunundan sonra maraqlı görüntü var idi. Başına kamera taxıb olanları çəkirdin. Operator kimi özünü  necə hiss edirdin?

– Əslində, camaat, azarkeşlər əsl Medinanı, daha şən, daha xoşbəxt və daim gülən, həyatdan zövq alan Kevini tanımırlar. Ona görə də çempionluq matçından sonra əylənməyim özümə xas xüsusiyyətdir. Kamera məsələsinə gəlincə, mənə təklif ediləndə dərhal razılaşdım. Yeni şeyləri test etmək çox xoşuma gəlir. Ona görə də “yeni sənətim” heç də asan deyil. Əlimdə kamera tutmağı peşəkarlar kimi bacarmıram. Dünyaya kamera arxasından baxan insanların işinin asan olmadığının fərqinə vardım. Həmin insanlara da uğurlar arzulayıram.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

blank
Müsahibə2022-05-05 11:03

İlk dəfə çempion olan Medina: “Azarkeşlər əsl Kevini tanımırlar”

blank
Premyer-liqa2022-05-05 10:46

Mövsümdə ilk dəfə

blank
Dünya futbolu2022-05-05 10:30

Konfrans Liqasında finalçılar bəlli olur – YENİLƏNİR

blank
Dünya futbolu2022-05-05 10:21

Ançelottidən inanılmaz göstərici

blank
Dünya futbolu2022-05-05 10:08

Avroliqada yarımfinal həyacanı davam edir – YENİLƏNİR

blank
Dünya futbolu2022-05-05 10:07

47-ci çempionluq

blank
Milli komanda2022-05-05 09:57

Azərbaycan millisi Zambiya ilə qarşılaşacaq

blank
Dünya futbolu2022-05-05 09:53

85 saniyəyə tarixə düşdü

blank
Dünya futbolu2022-05-05 09:44

Benzema Ronaldonun rekordunu təkrarladı

blank
Dünya futbolu2022-05-05 09:30

Hər yarımfinalçıdan bir namizəd

blank
Ölkə futbolu2022-05-05 09:15

Medina: “Azarkeşləri təəccübləndirəcəyim qərar mövsümün sonunda olacaq”

blank
Ölkə futbolu2022-05-05 09:00

2 vəsiqəyə 3 iddiaçı: gərgin finiş üçün hər şey hazırdı

blank
Dünya futbolu2022-05-05 01:37

ÇL: “Real” “Mançester Siti”ni finala buraxmadı

blank
Digər idman növləri2022-05-04 23:46

Güləşilərimiz Türkiyədə təlim-məşq toplanışını davam etdirir

blank
Premyer-liqa2022-05-04 22:53

“Neftçi” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

blank
Premyer-liqa2022-05-04 22:34

Aleksey Baqa: “Azarkeşlər məni də günahkar görə bilərlər”

blank
Premyer-liqa2022-05-04 22:19

Samir Abasov: “Bu qədər gənc futbolçu oynadan olmamışdı”

blank
Premyer-liqa2022-05-04 21:55

Zirədə darmadağın, “Neftçi”dən Sumqayıtda inamlı qələbə

blank
Premyer-liqa2022-05-04 20:43

“Qəbələ”dən Zirədə darmadağın – VİDEO

blank
Premyer-liqa2022-05-04 20:15

Elmar Baxşıyev: “Dayanmaq fikrimiz yoxdur”

blank
Premyer-liqa2022-05-04 20:09

Rəşad Sadıqov: “Nəticə oyuna görə olmadı”

blank
Ölkə futbolu2022-05-04 19:53

“Zirə” Mehdini, “Qəbələ” Ürfanı itirdi

blank
Digər idman növləri2022-05-04 19:00

Səid Mollayi rəsmən Azərbaycan millisində

blank
I Divizion2022-05-04 18:31

25-ci turun bütün oyunları eyni gündə və saatda

blank
Dünya futbolu2022-05-04 17:56

“Mən 0:0 yox, 4:3 hesabı ilə bitən matça üstünlük verərdim”

blank
Digər idman növləri2022-05-04 16:55

Fərid Qayıbov boksçularla görüşdü

blank
Digər idman növləri2022-05-04 16:28

Türkiyə komandası Bakıya gəldi

blank
Digər idman növləri2022-05-04 16:01

Şahmatçılarımız xatirə turnirində iştirak edəcək

blank
Ölkə futbolu2022-05-04 15:46

“Qarabağ”ın çempionluq sevinci Kevin Medinanın gözü ilə – VİDEO

blank
Dünya futbolu2022-05-04 15:27

Dibala “Yuventus”u bu kluba dəyişir

blank
Dünya futbolu2022-05-04 15:07

Ançelotti üçün “Mançester Siti” kabusu

blank
Dünya futbolu2022-05-04 14:43

“Rusiyada qalanlar kişilərdir” – Ayaz Quliyev

blank
Ölkə futbolu2022-05-04 14:21

AFFA Ramal Hüseynovla bağlı şikayəti təmin etmədi

blank
Dünya futbolu2022-05-04 14:00

“Selta”nın hücumçusu həbs edildi!

blank
Dünya futbolu2022-05-04 13:45

Premyer Liqaya yüksələn ikinci komanda məlum oldu

blank
Dünya futbolu2022-05-04 13:31

Neymarla Messi mövsümün ən yaxşıları siyahısından kənarda qaldı

blank
Dünya futbolu2022-05-04 13:16

“Şaxtyor” Çempionlar Liqasına qrup mərhələsindən qoşulacaq

blank
Premyer-liqa2022-05-04 13:00

“Sabah”ın legioneri üçün əlamətdar oyun

blank
Dünya futbolu2022-05-04 12:45

“Liverpul” rekordunu yenilədi

blank
Ölkə futbolu2022-05-04 12:30

Mahir Emreli “Qarabağ”ı təbrik etdi – FOTO

blank
Dünya futbolu2022-05-04 12:14

“Liverpul”un təzyiqinə cavab verə bilmirdik” – Emeri

blank
Dünya futbolu2022-05-04 12:00

Mane Droqbanı geridə qoydu, Lemparda çatdı

blank
Dünya futbolu2022-05-04 11:46

“Özümüzü 500 oyun keçirmiş kimi hiss edirik” – Klopp

blank
Dünya futbolu2022-05-04 11:30

“Borussiya”dan yeni mövsüm üçün 2-ci transfer

blank
Milli komanda2022-05-04 11:14

FİFA-dan millimizin üzvünə sərt cəza

blank
Dünya futbolu2022-05-04 11:00

Yurgen Kloppdan yeni rekordlar

blank
Ölkə futbolu2022-05-04 10:41

“Zirə” və “Neftçi”yə qalib gəlməyə gücümüz çatar”

blank
Dünya futbolu2022-05-04 10:21

“Qəbələ”nin sabiq baş məşqçisi Yunanıstan klubunda

blank
Ölkə futbolu2022-05-04 10:00

“Qarabağ”ın çempion olduğu oyunda “Sabah” da üzülmədi

blank
Dünya futbolu2022-05-04 09:29

İtaliya klubunda baş məşqçi dəyişikliyi

Gündəm