Digər idman növləri
İlk yarış gününə yekun vuruldu
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk günə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet iştirak edir.
Oğlanlar arasında körpücük üzərinə ilk olaraq çəkisi 49 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 146 kq (68+78) nəticə göstərən İlham Əkbərov qızıl, 144 kq (68+76) nəticə göstərən Nihat Zairov gümüş, 136 kq (63+73) nəticə göstərən Əlimehti Hüseynov isə bürünc medala layiq görülüblər.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var