Dünya futbolu
İlkay Gündoğan məmnundur: “İslam dünyası qürur duymalıdır”
Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan Dünya Çempionatının təşkilatçılığından məmnundu. Türk əsilli oyunçu Qətərin yarışı yaxşı təşkil etdiyini düşünür:
“Mən siyasətin bitdiyini deməliyəm. İndi buradayıq və Qətər gördüyü işlərə görə qürur duymalıdı. DÇ-2022 əla təşkil olunub”.
Gündoğan mundialın müsəlman ölkəsində təşkil edilməsinə də münasibət bildirib:
“Qətər Dünya Çempionatına evsahibliyi edən ilk müsəlman ölkəsidir. Mən də müsəlman bir ailənin təmsilçisi olaraq İslam dünyasının belə təşkilatçılığa görə qürur duymalı olduğunu deyə bilərəm. Yalnız futboldan zövq alın, qələbələri qeyd edin, şənlənin. Ən önəmlisi də budur”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”