I Divizion
“İmişli” “Araz Naxçıvan”a böyük hesabla uduzdu

Futbol üzrə Azərbaycan I Divizionunda 2-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Turan Tovuz”un ikinci komandası doğma meydanda “Kəpəz”in əvəzediciləriylə qarşılaşıb və inamlı qələbəyə sevinib. Səfərdə “İmişli” ilə üz-üzə gələn “Araz Naxçıvan” darmadağınla qalib gəlib. Beş qolun qeydə alındığı “Şamaxı” və “Qəbələ”nin əvəzedicilərinin oyununda meydan sahibləri qələbə qazanıblar. “Sumqayıt” və “Zirə”nin ikinci komandaları arasında baş tutan oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
I Divizion
2-ci tur
31 avqust
Turan Tovuz-2 – Kəpəz-2 3:1
Qol: Abbas Ağazadə, 10. Akif Tağıyev, 38. Tərlan Veysəlli, 90 – Nicat Verdiyev, 45+2.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Şamil İmanzadə
Tovuz şəhər stadionu, 16:00
Şamaxı-2 – Qəbələ-2 3:2
Qol: Sadiq Hüseynli, 64. Kamran Quliyev, 66. Asim Əlizadə, 70-pen – Xəyal Xudaverdiyev, 11. Gülağa Əsədov, 89.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, İrşad Aydınov
Şamaxı şəhər stadionu, 16:30
İmişli – Araz Naxçıvan 0:3
Qol: Emil Bayramov, 20. Orxan Əliyev, 57. Fərid Kərimzadə, 59.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Elvin Bayramov
Saatlı OİK stadionu, 17:00
Sumqayıt-2 – Zirə-2 1:0
Qol: Rüstəm Hümbətov, 77.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Teymur Teymurov, Səbuhi Bayramov
Sumqayıt şəhər stadionu, 17:00
Turun digər oyunlarında qeydə alınan nəticələr:
Zaqatala – Mingəçevir 2:1
Qarabağ-2 – MOİK 0:0
Neftçi-2 – Qaradağ Lökbatan 2:0

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib