I Divizion
“İmişli”də 3 yeni müqavilə – VİDEO

Futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda mübarizə aparan “İmişli” ikinci dövrə hazırlıqlarını davam etdirir. Doğma rayonlarında hazırlıq keçən komanda həm texniki, həm də fiziki çalışmalara üstünlük verir.
Ruhid Usubovun rəhbərliyi altında baş tutan hazırlıq prosesinə 23 futbolçu qatılıb. Hazırlıq çərçivəsində komandaya 3 yeni futbolçu cəlb olunub və onlarla müqavilə imzalanıb.
Komandanın aparıcı futbolçuları “Futbolinfo”ya açıqlamasında hazırlıq prosesinin uğurla davam etdiyini, əsas məqsədlərinin isə ikinci dövrədə uğurlu nəticə qazanaraq azarkeşlərini sevindirmək olduğunu bildirdilər.
“İmişli” hazırlıq çərçivəsində bir yoxlama görüşü keçirib. “Kəpəz”in əvəzedici komandası ilə qarşılaşma 1:1 hesabı ilə sona çatıb.
BƏHRUZ MUSAYEV, İmişli

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib