Dünya futbolu
İngiltərə Avropa çempionu oldu

Qadın futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, İngiltərə yığması tarixində ilk dəfə qitənin ən güclüsü adını qazanıb.
Londondakı “Uembli” stadionunda keçirilmiş final matçında yerli komanda Almaniyaya əlavə vaxtda qalib gəlib – 2:1.
Hesabı 62-ci dəqiqədə ingiltərəli Ella Tun açıb. 74-cü dəqiqədə Lina Maqull bərabərlik qolunu vurub və oyunun taleyini əlavə vaxta daşıyıb. 111-ci dəqiqədə isə Kloi Kelli İngiltərə millisinin qələbə topunun müəllifi olub.
Yarımfinalda İngiltərə İsveçi 4:0, Almaniya isə Fransanı 2:1 hesabı ilə üstələmişdi.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Ölkə futbolu2023-01-25 23:56
“Qarabağ” üç qapıçıdan birini seçməlidir
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”