Dünya futbolu
“İnter” Asslanini birdəfəlik aldı
Kristyan Asslani “İnter”in tamhüquqlu üzvünə çevrildi. Milanlılar icarəyə götürdükləri yarımmüdafiəçini birdəfəlik almaq qərarına gəlib.
Futbolinfo.az xəbər verir ki, ötən ilin yayında icarəyə götürülən “Empoli” yetirməsi bir il Milanda oynamalı idi. Futbolçu özünü yaxşı tərəfdən göstərdiyi üçün “İnter” 20 yaşlı oyunçunu daimi üzvünə çevirib.
“Empoli”yə bu transfer üçün 12 milyon avro ödənilib. Alban əsilli oyunçu 2027-ci ilin yayına kimi İtaliya nəhənginə məxsus olacaq.