“İnter Mayami” “Real”da oynamış iki mərkəz müdafiəçisini transfer etmək istəyir. MLS təmsilçisi onlardan ən azı birini bu yay heyətinə qatmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, madridlilərdən ayrılacağı gözlənilən Naço Fernandesin transferi dəqiq deyil. İspan müdafiəçi karyerasını həsr etdiyi “Kral klubu”ndan ayrılmaq niyyətində olsa da, son sözünü deməyib. Üstəlik, “Əl İttihad” da ona əla təklif göndərib. Futbolçu Səudiyyə Ərəbistanına getməzsə, MLS-ə yollanacaq.

Mayamililərin digər hədəfi Rafael Varandır. “Real”ın sabiq oyunçusu “Mançester Yunayted”də istədiyi kimi oynaya bilmədi. Bu səbəbdən o, İngiltərə klubundan azad agent kimi ayrılıb. Fransalı oyunçu ABŞ klubuna keçmək üçün ilkin razılığını verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp