Dünya futbolu
“İnter”dən ayrıldı, Fransa klubuna keçdi

Futbol üzrə Çili milli komandasının hücumçusu Aleksis Sançes İtaliyanın “İnter” klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, 33 yaşlı forvard bundan sonra Fransanın “Olimpik” (Marsel) klubunun uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Hazırda Marsel şəhərində olan və tibbi müayinələrdən keçən təcrübəli futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma mətbuatda tərəflərin 2 illik anlaşdığı bildirilir. Sançes yeni klubuna azad agent kimi keçdiyi üçün, “Olimpik” “İnter”ə heç bir təzminat ödəməyəcək. Aleksisin yeni komandasında 70 nömrəli formada çıxış edəcəyi bildirilir.
Aleksis Sançes 2019-cu ilin avqustundan “İnter”də çıxış edirdi. O, ötən mövsüm Milan klubunun heyətində meydana çıxdığı 39 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib. Çilili futbolçu İtaliya klubunda keçirdiyi 3 mövsüm ərzində bütövlükdə 109 oyuna çıxıb, 20 qola imza atıb. O, burada İtaliya çempionu olub, İtaliya kubokunu və super kubokunu başı üzərinə qaldırıb. Ölkəsinin yığmasında 148 oyun keçirmiş futbolçu, bu görüşlərdə 48 qol vurub.
Xatırladaq ki, Aleksis peşəkar karyerasına “Kobreola” klubunda başlayıb. Daha sonra o, “Udineze”, “Kolo-Kolo”, “River Pleyt”, “Barselona”, “Arsenal” və “Mançester Yunayted” kimi komandalarda da çıxış edib.

- Ölkə futbolu2023-11-28 09:50
Gəncə stadionu yenidən qurulur – FOTOLAR
- Müsahibə2023-11-28 08:00
Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”
- Müsahibə2023-11-29 08:00
Nildo Azərbaycana qayıtmaq istəyir: “Xəzər Lənkəran”ın dağılması böyük itkidir”
- Ölkə futbolu2023-11-29 10:50
Qurban Qurbanov “Molde” ilə oyundan danışdı